Bu xestelerin taleyi MM-de muzakireye cixarildi


[r32]
– xeber –
Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili Qənirə Paşayeva iclasda autizmli xəstələrin problemlərini qaldırıb. Q.Paşayeva bildirib ki, bu sahədə təcili olaraq qanun və dövlət proqramının qəbul olunmasına, bu uşaqların təhsil, təlim və reabilitasiyası üçün xüsusi mərkəzin yaradılmasına ehtiyac var:"
Bu gün autizmdən əziyyət çəkən bəzi uşaqlar və onların ailələri ilə görüşdük, Milli Məclisdən onların üzləşdiyi problemlərin həlli istiqamətində addımlar atmasını xahiş edirdilər".
Aprelin dünyada autizmli xəstələrlə bağlı ay elan olunduğunu deyən Qənirə Paşayeva övladları autizm sindromundan əziyyət çəkən ailələrin Milli Məclis və Hökumətdən bunu gözlədiyini deyib.
Autizmli uşaqlara zamanında yardım göstərməklə onların həyatını, gələcəyini çox hallarda xilas etməyin mümkün olduğunu deyən Qənirə Paşayeva müalicələrin bahalı olması, bu sahədəki mütəxəssislərin azlığı, əhali arasında bu istiqamətdə maarifləndirilmənin zəifliyinin ailələri xəstəliklə mübarizədə çətin vəziyyətdə qoyduğunu deyib. Ona görə də qanunvericilikdə bu məsələnin öz həllini tapması ilə bərabər autizmli uşaqların təhsil, təlim və reabilitasiyası üçün xüsusi mərkəzin yaradılmasına ciddi ehtiyac olduğunu deyib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org