Bu surenin son 10 ayesini ezberleyen…

7 Yanvar 2016 22:45 – xeber –
"Kəhf" surəsi Quranın 18-ci surəsidir. 110 ayəsi vardır, Məkkdir (Məkkədə nazil olmuşdur). Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: "Hər kim bu surəni cümə gecəsində qiraət edərsə, onunla Allah Evi arasında nur olar". (Tebyan)
Olkem.az deyerler.org-a istinadən bildirir ki, Əmirəl-möminin (ə) buyurur: "Elə bir bəndə yoxdur ki, (Kəhf surəsinin 110-cu ayəsini axıra qədər oxuyar), məgər o halda ki, yatdığı yerdən Kəbə evinə qədər nur çəkilər. Özü hərəm əhli olduğu üçün, Beytul-müqəddəsə qədər onun üçün nur olar".
Həzrət Peyğəmbər (s) buyurur: ""Kəhf" surəsi Tövratda Hailə adı ilə məşhurdur. Çünki onun qarisi ilə atəş arasında hail (maneə) olar".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim bu surəni yazarsa, əzəməti yeri və göyü doldurar, hər kim bu surəni cümə günü qiraət edərsə, Allah günahlarını gələn cüməyə qədər bağışlayar".
İmam Sadiq (ə) buyurur: "Hər kim "Kəhf" surəsini cümə gecəsi oxuyarsa, dünyadan şəhid gedər. Ya da Allah onu şəhid məbus edər. Qiyamət günü şəhidlərin cərgəsində olar".
Hədislərdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) bu surənin son 10 ayəsini hifz etməyi (əzbərləməyi) tövsiyə edir və buyurur: "Hər kim bu tövsiyəyə əməl edərsə, Dəccalın fitnəsindən amanda qalar".
Borcu qaytarmaq. Bu surəni borcu qaytarmaq və yoxsulluğu aradan aparmaq qəsdi ilə yazsalar və ağzı möhkəm olan qabda qərar versələr, evində saxlasalar borcdan və yoxsulluqdan rahat olarlar.
Oğru və yuxusuzluq qorxusuna görə. İmam Əli (ə) buyurur: "Hər kim yuxuda oğrudan qorxarsa və yuxusuzluq ona qələbə çalarsa, Kəhf surəsinin (11-12-ci ayələrini) oxusun".
Ayaq ağrısı üçün. İmam Sadiq (ə) buyurur: "Ayaq ağrısını aparmaq üçün "Kəhf" surəsinin 27-ci ayəsini 7 dəfə oxusunlar".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org