Bu sebeb Rusiya ile Turkiyeni birlesdire biler

09:00 – xeber – Rusiya və Türkiyə Avropa ilə ABŞ-dan yanıqlıdırlar və bu amil Kremllə Ankaranı yenidən yaxınlaşdıra bilər.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, hesab edir ki, Türkiyə prezidenti Rusiya Günü münasibəti ilə rusiyalı həmkarına təbrik məktubu göndərməklə barışıq üçün topu, əslində, Moskvaya atıb:
 
“Önəmli olan odur ki, Ərdoğan yenə Putinə əlini uzatdı. İndi Putin və onun mediası ya Türkiyəyə qarşı informasiya savaşına davam edəcək, ya da vəziyyətdən çıxış yolu ilə bağlı Ərdoğanın “ortaq komissiya qurulsun” təklifinə müsbət cavab verəcək. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara davam qərarı verib, Türkiyəyə isə yenidən qapını göstərib. Vaşinqtonun Suriyadakı silahlı kürdlərə verdiyi dəstək hazırda Ankaranı ciddi narahat edir. Yəni hər iki dövlət Avropadan və ABŞ-dan yanıqlıdırlar , bu amil isə Kremllə Ankaranı yenidən yaxınlaşdıra bilər. İndi növbəti addımı Putin atmalıdır. Rusiya prezidenti də türkiyəli həmkarına oktyabrın 29-da məktub göndərərək Ərdoğanı Cumhuriyyət Günü münasibətilə təbrik etməlidir”.
 
Qeyd edək ki, Rusiya Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Vladimir Putinə, Baş nazir Binəli Yıldırım isə Dmitri Medvedyevə təbrik məktubu ünvanlayıblar.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org