Bu rayonlarda 406 herbi sursat askarlandi – Foto

20:45 – xeber – Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, bir qoruq ərazisinə və su kanalının yaxınlığında təhlükəli ərazilərə baxış keçiriblər. Baxış zamanı ümumilikdə 406 partlamamış hərbi sursat aşkar edilərək götürülüb, gün ərzində 3650 kvadratmetr ərazi yoxlanılıb.
 
ANAMA-dan Axar.az-a verilən məlumata görə, Salyan rayonundakı Şirvan Milli Parkında iki partlamamış hərbi sursat – 93 millimetrlik tank əleyhinə “PQ-7VL” raketi və 140 millimetrlik “M-14 OF” raketi aşkar olunaraq götürülüb.
 
Ağstafa rayonunun Saloğlu qəsəbəsində su kanalının yaxınlığında əraziyə baxış olub. Nəticədə 404 partlamamış hərbi sursat – dörd ədəd 100 millimetrlik “BM-6” top mərmisi, bir ədəd 73 millimetrlik “OQ-9” raketi, bir ədəd “PQ-7” raketinin mühərrik hissəsi, bir ədəd 122 millimetrlik “A-1” top mərmisi, üç ədəd 40 millimetrlik “VOQ-25” qumbarası, üç ədəd siqnal raketi, üç ədəd 12×7 millimetrlik güllə gilizi, 341 ədəd 7×62 millimetrlik güllə, 32 ədəd 5×45 millimetrlik güllə, 16 ədəd tapança gülləsi, 100 və 122 millimetrlik iki top gilizi, bir ədəd güllə darağı (5×45 millimetrlik), bir ədəd “PQ-7” raketinin mühərrikinin qapaq hissəsi və iki ədəd “siqnal minası” aşkar edilərək götürülüb.
 
Aprelin 7-dən oktyabrın 7-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində, ümumilikdə, 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə və bir çınqıl karxanasına baxış olub.
 
Nəticədə 3938 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72”, 2 ədəd “siqnal minası” və tank əleyhinə 42 mina aşkarlanaraq zərərsizləşdirilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org