Bu qeder insafsicza tehqir… – Millet vekili


[r32]
– xeber –
Bu barədə ötən il Milli Məclisdə də çıxış etmişdim və böyük tarixi, ədəbi şəxsiyyətlərimizə qarşı ciddi əsası olmayan, bu günün şərtlərindən baxaraq həmin dövrün dəyərli aydınlarına bir çox hallarda qərəzli yanaşmaların doğru olmadığını söyləmişdim. İndi də neçə gündür böyük Səməd Vurğun gündəmdədir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. Millət vəkili Səməd Vurğunla bağlı iki-üç insanın ciddi əsası olmayan, bəzən tənqid dərəcəsini keçərək təhqirə çatan yanaşmalarını sərt tənqid edib:
“Gündəmə gəlmək üçün cəmiyyətdə tanınan və ya toplumun hörmət bəslədiyi biri haqqında ağzına gələni danışmaq yeni dəbdir. Son dönəmlər dünyadan köçən böyük şəxsiyyətlərə qarşı bu kimi hallar daha da çoxalıb. Əslində, baş verənlər Səməd Vurğunun nə qədər böyük bir şair olduğunu bilməyənlərə bir daha göstərdi. Çoxlu insan Səməd Vurğuna, onun yaradıcılığına, şəxsiyyətinə qarşı hücumlara qarşı etiraz səsini ucaltdı. Şairin böyüklüyü onda olur ki, onun yazdığı şeirləri partiyasından, ideologiyasından, siyasi və dini düşüncəsindən, milli kimliyindən asılı olmayaraq hər kəs oxuyur. Çünki onun yaradıcılığının, sözünün gücü insanlara hətta onun baxışlarını belə unutdurur. Səməd Vurğun hər zaman sevilən şair olub və olacaq. Onun şeirlərini də zövqlə oxuyan oxucu üçün isə kimlərinsə onun haqqında əsassız ittihamlarının mənası belə olmayacaq. Nə qədər Azərbaycan var, “Azərbaycan” şeiri hər zaman ən sevilən olacaq, dillərdən düşməyəcək. Səməd Vurğun elə bir şairdir ki, onu Lənkəran, Şəki, Şamaxı, Quba, Bakı, Təbrizdə də Qazaxdakı qədər sevirlər.
Hansısa şairi sevib-sevməmək, bəyənib-bəyənməmək olar, bu, zövq məsələsidir. Tənqid də etmək olar, ancaq bu qədər insafsızca təhqirə çatan şəkildə yox. Tarixə və şəxsiyyətlərimizə bu günün şərtlərindən yanaşmaq, onlarla bağlı bir çox hallarda tənqid adı ilə təhqirlərə yol vermək düşmən dəyirmanına su tökməkdir. Bu şəxsiyyətlər bu millətin övladıdır. Hər şeyi söyləməyin bir üslubu var.
Səməd Vurğun böyük şairimizdir, nur içində yatsın”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org