Bu, pesekarlarin isine kolge salir –


[r32]
– xeber –
Reket jurnalistlərlə mübarizə qaydaları daha da sərtləşdirilməlidir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Mətbuat Şurasının VII qurultayında çıxışı zamanı deyib.
A.Camalqızı da vahid kart təklifini dəstəklədiyini açıqlayıb:
“Mətbuat Şurasının vahid kartdan istifadəsi reket jurnalistikasına qarşı ciddi mübarizə olardı. Bundan əvvəl isə qanunvericilik bazası təkmilləşdirilməli, hətta daha da sərtləşdirilməlidir. Bu gün Azərbaycanda domen alıb media yaratmaq olduqca asandır. Hər kəs öz evində oturaraq, bir domen adını qeydiyyatdan keçirib media adına iddia edə bilər. Bütün bunlar medianı gözdən salmaqla yanaşı, həm də peşəkar jurnalistlərin fəaliyyətinə də kölgə salır”.
A.Camalqızı onlayn medianın qeydiyyat məsələsinə də toxunub:
“Düşünürəm ki, onlayn medianın qeydiyyat məsələsi də sərtləşdirilməlidir. Bildiyimiz kimi, bu gün telekanalların fəaliyyətə başlaması üçün irəli sürülən tələblər kifayət qədər ciddidir. Hesab edirəm ki, bu tələblər onlayn media üçün də tətbiq edilməlidir. Belə olan halda biz reket jurnalitlərlə daha yaxşı mübarizə apara və onların fəaliyyətinin genişlənməsinin qarşısını ala bilərik”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org