Bu, Moskva ile İrevanin arasini vura biler – Ekspert

00:56 – xeber – Hələlik Bakıda üç ölkə prezidentinin planlaşdırılan görüşündə sıçrayış olacağını söyləmək çətindir. Yəqin ki, söhbət daha çox niyyətlərdən və planlardan gedəcək. Ancaq sonradan bu “üçbucaq” əməkdaşlığın genişləndirilməsi baxımından yaxşı prespektivlərə malik olacaq. Qarabağda müharibə isə bu planlara mane ola bilər.
 
Bu barədə rusiyalı ekspert, Moskvadakı Strateji Analiz İnstitutunun direktoru Andrey İvanovun vesti.az-dakı məqaləsində bildirilir.
 
Onun sözlərinə görə, Dağlıq Qarabağda müharibə Rusiya il Ermənistan arasında gərginliyi artıracaq. “İrəvanda Qərb qrantlarına yaşayan böyük sayda politoloqlar isə bəhanə axtarırlar ki, Moskvanı İrəvana münasibətdə hərəkətsizlikdə suçlasınlar. Müvafiq şəkildə Avrasiya Birliyi və KTMT layihələri də təhlükə altına düşəcək. Eyni zamanda Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinin böyük bir enerji tələb edəcək. Azərbaycan yeni neft-qaz xətləri haqda düşünməyə çətinlik çəkəcək, bütün diqqət döyüş əməliyyatlarına yönələcək. Müharibəyə resurslar xərclənəcək, hansı ki, inkişafa sərf oluna bilər”, – ekspert qeyd edir.
 
Onun qənaətincə, Dağlıq Qarabağda müharibə Azərbaycanın cənub qonşusu İrana az təsir edəcək, ancaq Azərbaycansız Rusiya-İran ortaq layihələrindən danışmaq da mümkün olmayacaq. “Nəzərə alsaq ki, indiki nəsillərin dövründə Qarabağ probleminin həlli mümkün deyil, o zaman hamı çoxdan döyəclənmiş bir yolla getməyə məhkumdur: yəni göyərənə kimi nəticəsiz danışıqları davam etdirmək. Hər halda siyasətçilər danışıqlar aparanda hər iki tərəfdən silahlılar bir-birini öldürmürlər”, – ekspert vurğulayıb.
 
Politoloq hesab edir ki, Rusiya, Azərbaycan və İran arasında ortaq iqtisadi layihələr ətraf ölkələr, o cümlədən Türkiyə, Ermənistan və Gürcüstan üçün cazibə mərkəzi ola bilər: “İqtisadi məqsədəuyğunluq ölkələr arasında bir çox inzibati əngəllərin götürülməsinə gətirəcək. Müvafiq şəkildə qonşu ölkələrin sakinlərini bir-birini başqa cür qəbul edəcəklər. Bir var, mühasirə şəraitində olan düşərgədə yaşayasan, bir də var açıq sərhədlərin üstünlüklərindən istifadə edəsən, qonşularla əməkdaşlıq hesabına yaxşı qazanmaq imkanları əldə edəsən. Bir də baxacaqsan ki, bir neçə ildən sonra konflikt əvvəlki tək dalan vəziyyəti təəssüratı bağışlamayacaq. Misal üçün, Dağlıq Qarabağ və Ermənistan sakinlərinə sərf edəcək ki, azərbaycanlılar qayıdıb öz yurd yerlərində oturuşsunlar, öz şirkətlərinin nümayəndəliklərini açsınlar. Əgər regionda yalnız etnik əlamətinə görə kəndlər olacaqsa, o zaman münaqişə sonsuzadək uzanacaq. Yox, biznes-mərkəzlərlə birgə iri şəhərlər peyda olacaqsa, situasiya yaxşıya dəyişəcək”.
 
Analitikə görə, prezidentlərin Bakı və Sankt-Peterburq görüşlərində Rusiya Prezidenti Vladimir Putin prinsipial yeni bir şey təklif eləməyəcək. “Bununla belə, region iqtisadiyyatının inkişafı üzrə işgüzar təklifləri gözləməyə dəyər”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org