"Bu mesele memura da, is adamina da aiddir"

– xeber – Bu, sosial məsuliyyət vəzifəsidir. Sosial məsuliyyət məsələsi məmura da, iş adamına da, adi vətəndaşa da aiddir.

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdəki çıxışı zamanı bildirib.

 

"Regional birliklər yaradılmalıdır. Nə vaxta qədər hərə özünün 15-20 sot torpağını çəpərləyib orada yalnız ailənin fərdi ehtiyacları üçün məhsul yetişdirəcəkdir?! İndi artıq iqtisadiyyatın təmərküzləşməsi dövrü başlayıb. İnsan ona daha çox gəlir gətirən məhsulları becərməlidir. Qubada hansı məhsul daha çox gəlir gətirə bilər? Statistikaya nəzər salsaq, görərik ki, 160 mindən artıq əhalisi olan Quba rayonuna son 10 ildə dövlət taxıl tədarükü üçün 10 milyon manatdan çox dotasiya verib. Həmçinin Sahibkarlığa Yardım Milli Fondu tərəfindən, o cümlədən, kənd təsərrüfatının kreditləşdirilməsi çərçivəsində son 10 ildə Qubada fərdi təsərrüfatlara, sahibkarlara – yəni, real sektora 40 milyon manatdan artıq sərmayə yönəldilib. Amma bunun əvəzində normal bir təsərrüfat yaradılmayıb. İstənilən nəticə əldə edilməyib.

 

Münbit torpaqların böyük bir qismi becərmədən kənarda qalıb, meyvə bağlarının məhsuldarlığı azalıb. Dövriyyəyə cəlb edilməli çoxlu torpaq sahələri var. Ancaq meliorasiya və irriqasiya tədbirlərinə məhəl qoyulmur. Halbuki bu işlərə dövlət milyonlarla manat vəsait xərcləyib. Ən ağrılı məsələlərdən biri də torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsidir", – Əli Həsənov qeyd edib.

 

Gənclərin məşğulluğu məsələsinə toxunan Əli Həsənov vurğulayıb ki, Azərbaycan Prezidenti müşavirədə qarşıya xüsusi bir vəzifə qoyub. Bu, sosial məsuliyyət vəzifəsidir. Sosial məsuliyyət məsələsi məmura da, iş adamına da, adi vətəndaşa da aiddir:

 

"Sahibkarlar bu məsələyə daha həssas yanaşmalıdırlar. Onlar çalışıb işçiləri ixtisara salmamalıdırlar. Bu, sosial məsuliyyət məsələsidir. Cənab Prezidentin ortaya qoyduğu sosial məsuliyyət vəzifəsi bu deməkdir. Bu məsələdə hər bir imkandan istifadə olunmalıdır. Digər bir məsələ isə özəlləşdirmə ilə bağlıdır. Vaxtilə özəlləşdirilən, lakin indi işləməyən müəssisələr, yaxud icarəyə götürülüb istifadəsiz qalan torpaqlar var. Bank sektorunun sağlamlaşdırılması da qarşıda duran əsas vəzifələrdəndir. Bax, bu məsələlər barədə ciddi düşünmək lazımdır. Bir sözlə, cənab Prezidentin son müşavirələrdəki çıxışlarında qarşıya qoyduğu vəzifələr təkcə mərkəz üçün deyil, yerlərdə də dönmədən icra olunmalıdır. Yerli hakimiyyət orqanları, iş adamları rayonun xüsusiyyətlərini nəzərə alaraq “yol xəritəsi” tərtib etməlidirlər. Bu vəzifəni də cənab Prezident qarşıya qoyub".

 

Azərbaycanın son 10 ildə əldə etdiyi uğurları bir daha vurğulayan Əli Həsənov qeyd edib ki, ölkəmizin inkişaf yolu bu gün dünyada nümunə sayıla biləcək, çoxlarının qibtə etdiyi, çoxlarının nümunə kimi istifadə etdiyi bir inkişafdır: 

 

"Amma bundan sonrakı dövrdə, əlbəttə, biz müəyyən qədər yeni resursları işə salmalıyıq və bu sahədə də biz sizə – vətəndaşlara, insanlarımıza güvənirik. Azərbaycan Prezidentinin siyasəti məhz bu hədəflərə istiqamətlənib”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org