Bu mende xos tesir oyatdi – Enqida Qetacyu

23:45 – xeber – Azərbaycan ilə YUNESKO arasında əlaqələr yüksək səviyyədədir. Biz birlikdə işləyir və çox sıx əməkdaşlıq edirik. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu əməkdaşlığın inkişafına dəstək verir.
 
Bu fikirləri Azərtac-a müsahibəsində V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən UNESCO-nun baş direktorunun müavini Enqida Qetaçyu bildirib.
 
E.Qetaçyu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə keçirilən ikitərəfli görüşdə bir sıra mühüm məsələlərin müzakirə olunduğunu söyləyib. Baş direktorun müavini bunu Azərbaycan ilə UNESCO arasında münasibətlərin səviyyəsinin çox yaxşı göstəricisi kimi qiymətləndirib.
 
Enqida Qetaçyu vurğulayıb ki, Humanitar Forum çox vacib və əhəmiyyətli beynəlxalq tədbirdir. Foruma müasir dünyanın problemlərini müzakirə etmək üçün siyasi və dini liderlər, elm xadimləri, beynəlxalq təşkilatların nümayəndələri toplaşıblar. Bu il əsas müzakirə mövzuları multikulturalizmin təbliği, qaçqınların problemlərinin həlli, yoxsulluğun aradan qaldırılması, ekoloji problemlər, müasir cəmiyyətdə medianın rolu və s. məsələlər oldu. Qeyd edilən problemlərin həllinə medianın verə biləcəyi töhfələrlə bağlı maraqlı diskussiyalar aparıldı.
 
UNESCO-nun baş direktorunun müavini Bakıya ilk dəfə səfər etdiyini bildirərək Azərbaycanın paytaxtının gözəlliyinə heyran qaldığını söyləyib:
 
“Şəhərin müasirliyi məndə xoş təsir oyatdı. Burada hər şey çox maraqlıdır. Bakıda olmağıma çox şadam. Azərbaycanlıların qonaqpərvərliyi çox xoşuma gəldi”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org