Bu meglubiyyet qelebeye cevrile biler – Politoloq


[r32]
– xeber –
Düzgün qurulmuş və düzgün aparılan informasiya müharibəsi ilə hərbi məğlubiyyəti qələbəyə çevirmək olar.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.
O bildirib ki, informasiya texnologiyalarının hər keçən gün daha da inkişaf etdiyi və təkmilləşdiyi bir dövrdə informasiya müharibəsinə tam hazır olmaq bir qədər çətindir:
“Lakin burada söhbət həm də media məkanımıza olan müdaxilələrdən gedir. Ona görə də bu sahədə müəyyən işlər həyata keçirilir və bundan sonra da keçirilməlidir. Çünki hazırkı dünya geosiyasətində informasiya və təbliğatın beynəlxalq ictimai rəyə təsir imkanları genişdir. İndi bir ölkənin başqa dövlətin ərazisində mövcud informasiya sistemlərini nəzarət altına alması və ya idarə etməsi yalnız onun hərbi və milli təhlükəsizlik məsələlərinə təsirlə yekunlaşmır. Bu, həm də yerli ictimai rəyin kənar təsirlərə məruz qalmasına və ictimai rəyin yönləndirilməsinə, ölkənin idarəçilik sisteminin pozulmasına, iflic olmasına səbəb ola bilər”.
V.Zifəroğlu informasiya müharibəsinin silahlı müharibələr qədər təhlükəli və həlledici rola malik olduğunu qeyd edib:
“Kütləvi informasiya vasitələri, o cümlədən, internet media informasiya müharibəsində çox zaman hansısa sosial qrupa, yaxud dövlətə qarşı silah kimi istifadə olunur. Media işçisi fəaliyyətinin öncə mənsub olduğu cəmiyyətə, xalqa xidmət etməyə yönəldiyini unutmamalıdır. Bu səbəbdən, informasiya hücumlarına qarşı cəmiyyətin informasiya təhlükəsizliyinin qorunmasında KİV-in üzərinə böyük məsuliyyət düşür. KİV insanların düzgün məlumatlandırılması ilə yanaşı, milli maraq və mənafeləri nəzərə almaqla, cəmiyyətin informasiya təhlükəsizliyinin qorunmasında önəmli xidmətlər göstərə bilər. Bunun üçün isə istər cəmiyyətdə, istərsə də mediamızda bu istiqamətdə maarifləndirmə işini təşkil etmək zəruridir”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org