“Bu, manata teklifi artiracaq” – Ekspert

15:05 – xeber – Dollarla depozitlərin payı ümumi əmanət portfelində 85 faizi keçib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert bildirib ki, bu, əmanətlərin valyuta strukturu baxımdan kritik həddir:
 
“Manatın məzənnəsində yanvarın 25-dən sonra müzakirə edilən möhkəmlənmələr psixoloji faktor ilə bağlı olsa da, əhalinin dollar təklifi də diqqətdən yayınmamalıdır. Amma iqtisadi baxımdan ev təsərrüfatlarının milli valyuta tələbi hesabına bu proses uzun müddət davam edə bilməz. Müəyyən müddətdən sonra büdcə xərcləmələri manat təklifini, idxal isə dollar tələbini artıracaq. Manatla əmanətlərin banklardan götürülməsinin qarşısının alınması, eləcə də yeni depozitlərin cəlb edilməsi üçün bir sıra təbii ehtiyatlara malik olan ölkələrdə olduğu kimi banklardakı əmanətlərin dollara indeksasiyası ilə bağlı təklifimiz evlərdə saxlanan manatların banklara yönəldilməsinə və bununla da milli valyutaya təzyiqin azaldılmasına xidmət edə bilər. Məhdudlaşdırıcı siyasətdən genişləndirmə siyasətinə keçid olduqca vacibdir.
 
Bivalyuta səbətinə malik olan MB dolların son günlər qlobal valyuta bazarında möhkəmlənməsinə baxmayaraq, manatı möhkəmləndirir. Deməli, 2016-cı ildə manatın məzənnəsində neftin dünya bazar qiyməti istisnasız əsas faktor olacaq”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org