Bu klinikada son 6 ayda 3-cu olum bas verdi


[r32]
– xeber –
Bir ay içində Bakının ən məşhur özəl klinikalarından olan “Grand Hospital”da ikinci ölüm hadisəsi baş verib. Bu, klinikada son 6 ayda 3-cü ölüm hadisəsidir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sözügedən özəl klinikada ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımov dünyasını dəyişib. Onun əməliyyatdan sonra öldüyü bildirilib.
Qeyd edək ki, cəmi 14 gün əvvəl də “Grand Hospital” klinikasında ölüm hadisəsi baş vermişdi. Gözündən əməliyyat olunan 20 yaşlı qız "Grand Hospital” klinikasının həkiminin səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüşdü. 5 gün komada qaldıqdan sonra isə dünyasını dəyişmişdi. Əməliyyatı həyata keçirən invaziv radioloq İlqar Hüseynov isə hadisədə özünü qismən günahkar hesab etmişdi.
“Grand Hospital”da bir neçə ay öncə də ölüm baş verib. Belə ki, ötən ilin 24 iyun tarixində qaraciyərində yaranmış problemə görə “Grand Hospital”a müraciət edən Zaur Ağayev xəstəxanada edilən ilkin müayinədən sonra vəfat etmişdi.
Ölkədə fəaliyyət göstərən özəl kliniklar arasında demək olar ki, ən məşhuru və ən böyüyü hesab edilən 12 mərtəbəli mülkə sahib klinikada baş verən ölümlərlə bağlı cinayət işi açılıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org