Bu is adami adamliqdan cixardir – Vusal Memmedov

13:58 – xeber – Bu gün Azərbaycan mediasında xüsusi çəkisi, peşəkar kollektivi olan Azvision.az saytının 4 yaşı tamam olur.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, “Azvision.az” 2012-ci il oktyabrın 1-dən fəaliyyət göstərir. Xəbər portalı oxucularına 7 dildə operativ məlumatlar verir.
 
Əlamətdar hadisə ilə bağlı “Azvision.az”ın baş redaktoru, tanınmış jurnalist Vüsal Məmmədovla söhbətləşdik:
 
– Azvision saytının 4 yaşı tamam olur. Sevincinizə qoşuluruq və sizi təbrik edirik. Ad gününüzü necə qeyd etməyi arzulayırdınız, amma reallıqda necə qeyd edəcəksiniz?
 
– Qeyd etmədim. İşdəyəm və işləyirəm. Məncə, ən yaxşısı da elə budur. Arzuya gəlincə, sakit beyin və xoş əhval ilə qeyd etməyi arzulayardım.
 
– 4 illik fəaliyyət böyük zaman olmasa da, saytınız bu müddətdə ölkənin xəbər saytları sırasında nüfuz qazana və böyük oxucu auditoriyası toplaya bilib. Baş redaktor kimi sizin üçün “Azvision.az” digər saytlardan nəyi ilə fərqlənir?
 
– Bu suala formal cavab vermək də olar. Yəni deyə bilərəm ki, ancaq ciddi mövzuları veririk, şou xəbərləri yaxına buraxmırıq, təhlillərə çox yer ayırırıq… Amma formalizmə heç bir həvəsim yoxdur deyə, səmimi fikirləşdiyimi deyim: hər bir sayt öz kollektivinə oxşayır, xüsusilə də baş redaktoruna; onları ortaya çıxaran insanlar bir-birindən nə ilə fərqlənirlərsə, saytlar da elə o cür fərqlənirlər.
 
– Vüsal bəy, siz həm də dəyərli köşələriniz, təhlillərinizlə oxucuların yaddaşındasınız. Ancaq bütün redaktorların “vaxt qıtlığı”, yəqin ki, sizin də iş prinsipinizə təsir edir və ona görə daha az yazırsınız. Vaxt qıtlığından yaza bilmədiyiniz mövzuları necə realizə edirsiniz, oxuculara fikirlərinizi necə çatdırırsınız?
 
– Mən əvvəlki kimi yazmaq üçün çox darıxıram. Yazmaq gözəldir, ləzzətlidir, haradasa çətindir, ağrılırdır, gözəl yazıdan sonra alınan həzz əvəzsizdir…  Amma əvvəlki kimi aktiv yazmamağımın səbəbi təkcə baş redaktorluqla bağlı deyil. Açıq deyə bilmədiyim başqa səbəblər də var. Ürəyimi boşalda bilmək üçün bəzən arada fikirlərimin çox az bir qismini sosial şəbəkədə statuslar kimi yazıram.
 
– Onlayn media işçiləri üçün deyilən məşhur söz var: “onlayn mediada işin başlanma vaxtı var, amma bitmə vaxtı yoxdur”. Bu gərginlikdə işə, özünüzə və ailənizə daha çox vaxt ayıra bilmədiyinizə görə hərdən təəssüflənmirsiniz ki?
 
– Çox çətindir. Mənəvi yorğunluq və stress getdikcə üst-üstə yığılır və adamı adamlıqdan çıxardır. Bunu heç kim başa düşə bilmir, mən də kiməsə izah etmək həvəsində deyiləm. Rəsul Rza yaxşı deyib ki, od nə çəkdi, küldən soruş. Bizim hansı gərginlikdə işlədiyimizi başqalarına anlatmaq çətindir.
 
– Azərbaycanda erməni dilində fəaliyyət göstərən ilk saytlardan birisiniz. Artıq bir müddətdir ki, bu layihəniz davam edir. Bu yöndə qarşınıza qoyduğunuz hədəflərlə bağlı danışmağınızı xahiş edirik: daha nələr nəzərdə tutursunuz?
 
– Hayatsk.info çətin proyektdir. O mənada ki, Azərbaycanda erməni dilini bilənlər olduqca azdır, çoxu da yaşlı nəslin nümayəndələridirlər. Onların onlayn mediada çalışması alınmır. Gənclər arasında isə demək olar ki, kadr yoxdur. Buna baxmayaraq, “Hayatsk.info” Azərbaycan üçün lazımlı və olması vacib bir saytdır. Çünki sadə erməniyə mütləq azərbaycanlı fikrini, mövqeyini çatdırmaq lazımdır.
 
Axar.az kollektivi olaraq, “azvision”çuları bir daha təbrik edir, həmkarlarımıza yeni uğurlar arzulayırıq. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org