Bu, İlham Eliyevin muhum siyasi gedisidir – Şerh

09:00 – xeber – Prezident İlham Əliyevin İrana son rəsmi səfəri bölgədə sayca dördüncü, yeni üçtərəfli Azərbaycan-İran-Rusiya formatının formalaşmasına təkan verdi.
 
Bu barədə Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Siyasi şərhçinin sözlərinə görə, bundan əvvəlkilərdən yalnız Azərbaycan-Gürcüstan-Türkiyə formatı işləkdir:
 
“Üçtərəfli format konkret layihələrə və onların icrasına əsaslanır. Azərbaycan-Türkiyə-Türkmənistan, eyni zamanda, İranla Türkiyə arasında Suriya məsələsi ilə bağlı dərin fikir ayrılığı yarandığına görə Azərbaycan-İran-Türkiyə formatı hazırda işlək deyil. İlham Əliyevin İrana son rəsmi səfəri bölgədə sayca dördüncü, yeni üçtərəfli Azərbaycan-İran-Rusiya formatının formalaşmasına təkan verdi”.
 
Politoloq qeyd edib ki, Azərbaycanın İranla dialoquna Rusiyanın qoşulması rəsmi Bakının maraqlarına cavab verir:
 
“Azərbaycan digər tranzit layihələrində də iştirak edir və həmin dəmiryol qovşaqlarının Rusiyadan yan keçməsi Moskvanı narahat edir. Bunun üçün rəsmi Bakı Rusiyanın iştirakı ilə Şimal-Cənub dəhlizini qısa zamanda yekunlaşdırmaq istəyir. Bu, bir növ Heydər Əliyevin 1990-cı illərdəki xarici siyasətini xatırladır. O, neftin dünya bazarlarına daşınmasında Rusiyadan yan keçən istiqamətlərə üstünlük verirdi. Ancaq Heydər Əliyev Rusiyanın narahatlığını nəzərə alaraq, Bakı-Novorosiysk boru xəttinin tikintisinə də razılıq vermişdi”.
 
Rusiyanın yeni formatda Azərbaycanı Səudiyyə Ərəbistanı-Türkiyə koalisiyasından uzaq tutmağa çalışacağını deyən politoloq bunun Bakının xeyrinə olduğunu bildirib:
 
“Bakı Azərbaycan-Rusiya-İran formatı çərçivəsində Türkiyə və Səudiyyə Ərəbistanının əleyhinə çıxmaz. Azərbaycan yalnız Suriyanın ərazi bütövlüyünü dəstəkləyə bilər”.
 
Siyasi şərhçi hesab edir ki, Azərbaycanın Rusiya ilə İran arasında sabitləşdirici rol oynaması ABŞ-a da sərf edir:
 
“Çünki adı çəkilən 3 ölkədən məhz Azərbaycan ABŞ-la enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Azərbaycan-Rusiya-İran formatı Ankarada müəyyən suallar doğura bilər. Buna görə də Azərbaycanın yeni formatda iştirakının məramları barədə Ankara bilgiləndirilir. Bakı burada öz maraqları ilə yanaşı, Türkiyənin də maraqlarını nəzərə alacaq”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org