Bu il sou aleminde en cox nelerden danisildi? – SİYAHI

29 Dekabr 2015 15:57 – xeber –
2015-ci il şou-biznes aləmində bir çox qalmaqallarla, barışıqlarla, toy və boşanmalarla yadda qalıb. 
Olkem.az axşam.az-a istinadən geridə qoyduğumuz ildə sənət aləmində ən yaddaqalan hadisələrin siyahısını təqdim edir:
Xalq artisti İlhamə Quliyeva ilin ən səs-küylü müğənnilərindən olub. Belə ki, müğənni açıqlamasında köməkçisinin onu öldürüb, var-dövlətinə sahib olmaq istədiyini bildirib.   
Meyxanaçı Namiq Qaraçuxurlunun toyu bu ilin ən gözlənilməz hadisələrindən biri olub. Toyu ərəfəsində sənətçinin əslində 1 il əvvəl gizlin evləndiyi və qız övladının dünyaya gəldiyi xəbəri də yayılmışdı. 
Müğənni Natavan Həbibi və prodüser Tolik arasında aylarla davam edən qalmaqal 2015-ci ildə bitib. Natavanın şikayəti ilə başlayan məhkəmədə uduzan Tolik sənətçi ilə Rusiyada barışıb. N.Həbibinin xalq artisti Aygün Kazımova ilə qalmaqalı isə hələ də davam edir. İlin sonunda N.Həbibi illərdir rəfiqəlik etdiyi rəqqasə Oksana Rəsulova ilə küsüb.  
Müğənni Nazəninlə Təranə Qumral arasında yaşanan qalmaqal bir çoxlarının yaddaşından hələ uzun müddət silinməyəcək. Belə ki, T.Qumral Nazənini onun əri Musa Musayevi sevməkdə günahlandırıb. Nazənin isə onu məhkəməyə verərək T.Qumralın onun həyat yoldaşına sevgi mesajları yazdığını ortaya çıxarıb. 
İllərdir ANS-də çalışan aparıcı Aytən Səfərova işindən ayrılıb. O, işdən uzaqlaşmasına səbəb telekanal rəhbərliyi tərəfindən ona edilən təzyiqlərin olduğunu bildirib. A.Səfərova bu il həm də oğul anası olub. 
Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysunun geyimi ilə bağlı saytımıza verdiyi açıqlaması da sosial şəbəkələrdə və mediada uzun müddət müzakirə olunub. Aysun hər ay libaslarına 60 min manat xərclədiyini bildirmişdi. 
Müğənni Səidə Sultanın da başına bu il qalmaqallı hadisələr gəlib. İlk əvvəl sənətçi aparıcısı olduğu "Əsl şou"da rəqs edərkən paltarının yaxası açılıb, sinəsi görünmüşdü. Daha sonra isə o, canlı yayımda həmkarı Rəhim Rəhimliyə "Səni cıraram" ifadəsini işlətmişdi. Bu da Səidənin verilişdən uzaqlaşdırılmasına səbəb olub. 
Müğənni Elnur Hüseynov qardaş ölkədə ifası ilə hər kəsi sözün əsl mənasında şok edib. Hətta o, "O səs Türkiyə" layihəsinin qalibi olub. 
Müğənni Xatun Əliyevanın parodiyaları ilin ən səs-küylü hadisəsi olub. Həmkarları Könül Kərimova və Elariz Məmmədoğlu buna görə Xatundan küsüb. İlin sonuna yaxın isə sənətçi K.Kərimova ilə barışıb. Xatun 2015-ci ildə burnunu plastik əməliyyat da etdirib. 
Müğənni Miri Yusifin "Bağışla" mahnısını türkiyəli ifaçı Funda Arar icazəsiz səsləndirib, klip çəkdirib. Mahnının müəllifi kimi MC Murad qeyd olunub. Bu hadisə isə Miri Yusifi özündən çıxarıb və sənətçi məhkəməyə müraciət edib. 
Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidənin nikahdan kənar uşaq dünyaya gətirməsi də müzakirələrə səbəb olub. 
Müğənni Xatirə İslam da ilin ən çox müzakirə olunan tanınmışlarından idi. Sənətçi "Maşın" şouya qatılıb, uduşa qoyulan avtomobili qazandı. Həmin maşını müğənni qardaşına hədiyyə edib. 
ATV-nin aparıcısı Mətanət Əliverdiyeva il ərzində ən çox müzakirə olunan tanınmışlardan idi. Əvvəlcə aparıcının canlı yayımda "şpaqat" açması mediada işıqlandırıldı. Daha sonra M.Əliverdiyeva verilişdə qonaq etdiyi müğənni Rəhim Rəhimlinin başına su tökdü. Daha sonra isə aparıcının verilişdə Bakıda yanan bina ilə bağlı dediyi "Bir külək idi, gəldi-keçdi" sözləri tənqidə səbəb olub. İlin sonuna yaxın isə aparıcı ikinci həyat yoldaşından ayrıldığını bəyan edib. Həyat yoldaşı isə saytımıza açıqlamasında M.Əliverdiyevanın ona xəyanət etdiyini demişdi. 
Müğənni Elçin Cəfərovun nişanlanma xəbəri də pərəstişkarları üçün sürpriz olub. Sənətçi hətta toy tarixini açıqlayaraq, apreldə subaylığın daşını atacağını bildirib. 
Müğənni Röya Ayxan keçirdiyi mətbuat konfransında il ərzində 700 min qazandığını, onu da sənətinə xərclədiyini açıqlamışdı. Sənətçi aldığı geyimlərinin Azərbaycanın heç bir butikində olmadığını bildirmişdi. Röyanın Türkiyədə "Beyaz şou"ya qonaq olması da müzakirələrə səbəb olub. 
Prodüser Təranə Səmədova sərxoş halda polis tərəfindən saxlanılmışdı. Onun içkili ola-ola avtomobil idarə etməsi tənqid olunub.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org