Bu iki olke muntezem herbi telimler aparacaq – Muqavile


[r32]
– xeber –
Yaponiya hökuməti Avstraliya ilə bu iki ölkənin ərazilərində müntəzəm şəkildə birgə hərbi təlimlərin keçirilməsi barədə müqavilə imzalamaq niyyətindədir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu, Kanberanı Tokionun hərbi “yarım müttəfiqinə” çevirəcək.
Müqavilə üzrə ümumi razılaşmanın Avstraliyanın Baş naziri Malkolm Ternbulun yanvarda Tokioya gözlənilən səfəri zamanı əldə ediləcəyi gözlənilir. Sənəd bir ölkənin ərazisində keçiriləcək təlimlərdə iştirak edəcək hərbi hissələrin ləvazimatlarını və digər materiallarını, həmçinin silah və döyüş sursatını başqa ölkənin ərazisinə rüsum ödəmədən daşımağa imkan verəcək. Müqavilə, həmçinin əcnəbi hərbiçilər tərəfindən törədilə biləcək qanun pozuntularının müzakirəsi qaydalarını da özündə əks etdirəcək. Belə razılaşmaya əsasən, artıq 2018-ci ildə Avstraliya və Yaponiya hərbi-hava qüvvələrinin təlimlərinin keçirilməsi nəzərdə tutulur.
Gələn il Böyük Britaniya ilə də belə müqavilənin imzalanması üçün müzakirələrin aparılacağı gözlənilir.
Qəzetin bildirdiyinə görə, faktiki olaraq söhbət London və Kanberranın ABŞ və Yaponiya arasında mövcud olan hərtərəfli hərbi ittifaq sisteminə qoşulmalarından gedir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org