Bu hekayelerden biri senindir

01:12 – xeber – Bir müddət əvvəl dünya mediasında böyük maraq doğuran ən qısa hekayələri yayımlayaraq, oxucularımıza bu formada olan mətnlərini bizimlə bölüşməyi təklif etmişdik.
 
Axar.az saytının şərh bölümünə və elektron poçtuna göndərilən hekayələr arasından ən maraqlılarını seçərək təqdim edirik:
 
1. Nicat Həsənəliyev: “O, həyatında heç vaxt köçkün düşdüyü gün qədər xoşbəxt olmamışdı. İlk dəfə idi ki, helikopterə minirdi”.
 
2. Nəcibə Səlimova: “O, övladı tərəfindən qocalar evinə atılmağını qəbul edə bilmirdi. Axşam düşmüşdü və ay işığının kövrək nəzərləri ağacdan asılmış bir qaraltının üzərindəydi”.
 
3. Nicat Həşimzadə: “Çörək oğrusunun başı gilyotində kəsildi və ac xalq “urra” deyərək sevinclə qışqırdı”.
 
4. Elşad Barat: “Həmin axşam da iki yaşlı qız atasının ciblərini gəzirdi ki, şokolad götürsün. Ona heç kim deyə bilmirdi ki, kəfənin cibi olmur”.
 
5. Səfərov Kənan: “Dünya su altında idi. Bircə yəhudi kişi ilə yapon qadın Everest zirvəsində sağ qalmışdılar…”
 
6. Elnur Vahidzadə: “Bərk külək əsirdi. Ancaq o güllələr Xocalı kəndindən çox uzağa getmədi”.
 
7. Bahadur Qobustan: “Biri olur, biri olmur. Bir kişi olur, olan kimi də ölür… Göydən bir daş düşür: məzar daşı”.
 
8. Nəcibə Səlimova: “Dənizdəki yanğında ölümlə üzbəüz idi. Tələsik telefonuna əl atdı və “Arzu, salamat qal, uşaqlar sənə əmanət, əlvida”, – söyləyə bildi. Bir azdan yerə düşmüş telefonda qırıq səslə qadın fəryadı eşidilirdi”.
 
9. Rəşid Bərgüşadlı: “Adəm İblisi yoldan çıxarıb, Həvvanı bir kal almaya satdı. Həmin Şərdir – Yerlə bir olub…”
 
10. Könül Nemətova: “Əlində maşın güzgüsü, piyada zolağının önündə maşınların cərgəsində durub mənə yol verdi. Bilmirəm kimdir, amma anladım ki, maşın sürmək həvəsi onu dəli edib”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org