Bu, hec bir basqa olkede yoxdur – Prezident


[r32]
– xeber –
Qeyri-neft sektorunun inkişafı prioritet sahədir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev ötən gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
"Azərbaycan Prezidenti sahibkarlara siyasi dəstək göstərir, onlarla görüşür, problemlərinin həllinə çalışır.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər iş adamlarına 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıbdır.
2017-ci ilin ilin ilk iki ayında qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artmışdır", – İlham Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, Azərbaycanda fermerlər üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. 2016-cı ildə Azərbaycanda tütünçülük və baramaçılıqda ciddi dönüş yaranmışdır. Üzümçülüyün inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı artır.
Qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı əsas vəzifədir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org