Bu gun imam Sadiqin (e) movlud gunudur

29 Dekabr 2015 21:45 – xeber –
Rəbiül-əvvəl ayının 17-də, yəni bu gün, dekabr ayının 29-da, müsəlmanların 6-cı imamı – Cəfər Sadiqin (ə) mövlud günüdür.
Olkem.az islam.az-a istinadən bildirir ki, İmam 83-cü hicri ildə Mədinə şəhərində dünyaya gəlib, hicri 148-ci il Şəvval ayının 25-də isə Abbasi xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid edilib.
Atası İmam Baqir (ə) şəhadətə yetişdikdə onun 34 yaşı olub və o zamandan 31 il ərzində müsəlmanlara imamlıq edib, Allahın nazil etdiyi Quranın buyuruqlarını bəşəriyyətə təbliğ etməyə çalışıb. Böyük fədakarlıq nəticəsində, imam Mədinədə o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub. İmam Cəfər Sadiqin (ə) elmindən yararlanmaq üçün dünyanın müxtəlif guşələrindən insanlar Mədinəyə axışır, həqiqi İslam haqda, eləcə də digər dünyəvi fənlər üzrə bilgi alırdılar. Müxtəlif zamanlarda imamın 4 min tələbəsi olub, o, elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib. İmam Sadiqin (ə) həyatı "İslam elmə qarşıdır" kimi sərsəm ideyaları irəli sürənlərə ən tutarlı cavablardan biridir.
İmam Cəfər Sadiq (ə) həqiqi İslamın tezislərini, Peyğəmbərin vəsiyyətlərini həyata keçirmək üçün böyük işlər görüb. Təsadüfi deyil ki, şiə məzhəbi həmçinin Cəfəri məzhəbi adlanır, bu yolun davamçılarına isə həm də "cəfərilər" deyilir.
İmam Cəfər Sadiqin (ə) mövlud günü münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik, onlara hər iki dünyada Əhli-beytdən uzaq düşməməyi diləyirik!

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org