10:28 – xeber – Bu gün UEFA Çempionlar liqasının finalında “Real Madrid” və “Atletiko Madrid” komandaları qarşı-qarşıya gələcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, İtaliyanın möhtəşəm “San Siro” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də İdman Azərbaycan telekanalından yayımlanacaq.
Bütün dünyanın maraqla gözlədiyi matçı ingilis hakim Mark Klattenburq idarə edəcək.
Xatırladaq ki, bu komandalar 2014-cü ildə də finalda qarşılaşmışdılar. Oyunun əsas vaxtı Serxio Ramosun son dəqiqələrdə vurduğu qolla 1-1 bitsə də, əlavə vaxtda “Real Madrid” 3 qol vuraraq rəqibini 4-1 hesabı ilə məğlub etmişdi və Çempionlar liqası kubokunun sahibi olmuşdu.