“Bu, esl islam deyil” ne demekdir? – Video

23:11 – xeber – Sosial şəbəkələrdə sürünərək əcaib ibadət edən insanların görüntüsü yayılıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, görüntülərdə qeyri-insani hərəkətləri ilə diqqət çəkən şəxslərin islam məzhəblərindən hansına mənsub olduğu bilinmir.
 
Videonun şərh bölməsində isə Solomon Can adlı Feysbuk istifadəçisi maraqlı arqumentlə fikrini bildirib:
 
“Bu, əsl islam deyil” deyiminin fəlsəfəsi bilirsiniz nədir? İslam dininin iki əsas təməli var: Quran və hədislər. Qeyd edim ki, islam dini onlarca məzhəb və 500-ə qədər qola bölünüb. Bu məzhəblər biri-birindən Quran təfsiri (izahı), fərqli hədis, fərqli ibadətləri, şəriəti və ruhani həyatlarını yaşamaq qaydaları ilə fərqlənirlər. Məsələn, vəhhabilər uzun saqqal saxlayıb, cihad edib öz tövhidlərini qəbul etməyənləri qətlə yetirir, döyüşdə qadınları cariyə (kölə) edib onları cinsi istismara məruz qoyur, bazarda satır. Və ya şiələr əzadarlıq edib, özlərini aşurada döyür, mütə (müvəqqəti) nikah edir və s.
 
Həmçinin bu məzhəblərin müxtəlif dini hökm və fitvalar verən bir çox dindar “alimləri” var. Və heç bir məzhəb başqa bir məzhəb aliminin verdiyi hökm və fitvanı qəbul etmir. Məsələn, sələfi əqidəsindən olan Şeyx Albaninin, İbn Bazın verdiyi fitvaları digər məzhəblər qəbul etmirlər. Eyni ilə Xomeyni, Xamenei və Sistaninin verdiyi hökmlərlə digər məzhəblər razılaşmır.
 
Fitva verən müasir din alimlərinin istinad elədikləri bir çox qaynaqlar var. Bu adamlar Buxari, Hənəfi, Şafi, Tirmizi, Həmbəl, Kafi və s. kimi hədis kitablarına istinad edirlər və oradan günümüzə uyğun, öz yanaşmaları ilə hökm çıxarırlar.
 
Siz bu hökmləri sosial şəbəkədə yazdığınız və ya videolarını paylaşdığınız zaman bir müsəlmanın sizin göstərdiyiniz arqumentə “bu, əsl islam deyil” deyərək mübahisə apardığının şahidi olmusunuz. Bəs yaxşı, bunlar niyə belə deyir: “Yox, bu, əsl islam deyil?”.
 
Çünki bu məzhəblər yuxarıda qeyd etdiyim kimi, bir-birinin hökm və ruhani yaşam tərzini qəbul etmirlər.
 
Məsələn, İranda insanların asılmasını, müvəqqəti nikahın yayılmasını paylaşdığınız zaman digər məzhəbdən olanlar bunu görüb “bu, əsl islam deyil” deyəcək. Pakistanda “sünnətdir” deyib az yaşlı uşaqlarla evlilik mərasimini yazdığınızda digər məzhəbdən olanlar da “bu, əsl islam” deyil, deyəcək. Misirdə qadınların sünnət olunmasını paylaşdığınız zaman bunu qəbul etməyən digər məzhəbçilər də o sözü işlədəcək.
 
Səudiyyə Ərəbistanından qaynaqlanan vəhhabilərin cihad edib baş kəsmələrini göstərdiyiniz zaman digər məzhəbdən olanlar da “bu, əsl islam deyil”, “onlar dini düz başa düşməyiblər”, kimi sözlərlə sizə haqsız olduğunuzu göstərməyə çalışacaqlar. Ayrıca, həmin qəbul etmədikləri dini icraların əksinə, sizə arqumentlər yazacaq və yazırlar da.
 
Bu insanlar icra etdikləri qaydaları Quran və hədislərə istinad edirlər. “Bu, əsl islam deyil”, “onlar islamı düz başa düşməyiblər”, dedikdə isə, əslində, “o, mənim məzhəbimdən deyil”, demək istəyirlər. Yəni bu insanlar demək istəyir ki, göstərdiyiniz arqument mənim məzhəbim, mənim islama baxış tərzim və mənim dini yanaşmam ilə üst-üstə düşmür.
 
Bu məzhəbçilərin öz aralarında necə boğuşduğunu sosial şəbəkədə görmək mümkündür. Bir sözlə “bu, əsl islam deyil” cümləsinin fəlsəfəsi, əslində, “o, mənim məzhəbimdən deyil”, – deməkdir”.
 
Qeyd edək ki, “bu, əsl islam deyil” ifadəsi cəhalətə qarşı olanlarla inanclılar arasında gedən mübahisələrdə ikincilərin daim söhbətə nöqtə qoyan frazası kimi məşhurlaşıb.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org