"Bu efv serencami Azerbaycanda demokratiyanin bir tezahurudur"

29 Dekabr 2015 11:05 – xeber –
Azərbaycan prezidenti İlham Əliyev daim humanist addımlar atır və Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində növbəti əfv sərəncamı imzalamaqla daha bir humanist addım atdı. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, bu sərəncam Azərbaycanda demokratiya və hüquqi dövlət quruculuğunun bir təzahürüdür: "Hesab edirəm ki, bu, Azərbaycanda cinayətkarlığın qarşısının alınması, preventiv tədbirlərin görülməsi üçün də yaxşı bir nümunədir. Çünki əfv olunan şəxslər cəzaçəkmə müəssisələrində islah olunmuş, öz təqsirlərindən peşmançılıq hissi keçirən insanlardır. Eyni zamanda, əfv olunanların ailə vəziyyəti, sağlamlıq durumları ilə bağlı olan hər bir məsələ nəzərə alınır. Bu bir daha onu göstərir ki, dövlət başçısı daim insanlara diqqət və qayğı göstərir".
Deputat bildirib ki, bu əfv sərəncamının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində verilməsinin xüsusi bir əhəmiyyəti var: "Bunun rəmzi mənası ondan ibarətdir ki, azərbaycanlılar arasında həmrəylik daha da güclənir. Ölkəmizdə gedən bu yüksəliş eyni zamanda, torpaqlarımızın erməni işğalından azad edilməsi üçün həmrəyliyi daha da möhkəmləndirir. Biz prezident İlham Əliyevin ətrafında sıx birləşərək Yeni ilə yalnız belə xoş işlərlə getməliyik".

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org