Bu defe Putinin movqeyi deyise biler – Qarabag

09:33 – xeber – Bakı görüşü həlledici vəd və qərarlar məqamı rolunu oynaya bilər.
 
Bunu politoloq Qabil Hüseynli Axar.az-a açıqlamasında deyib. Sabiq dövlət müşaviri Bakı görüşündə Qarabağ məsələsinin mütləq müzakirə ediləcəyini bildirib və yeniliklərin olma ehtimalını da istisna etməyib:
 
“Çünki Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də məhz bu ərəfələrdə nəzərdə tutulub. Ancaq Bakı görüşünün taleyi Moskvanın İrəvana təzyiqindən, daha doğrusu, Putinin mövqeyindən xeyli dərəcədə asılıdır. Rusiya prezidenti Azərbaycanın geostrateji əhəmiyyətini yaxşı başa düşür və Azərbaycanı Avrasiya Birliyində görmək istəyir. Düzdür, Bakı bu ittifaqda yer almaq istəmir, ancaq Dağlıq Qarabağ məsələsində Rusiya obyektiv mövqe ortaya qoyarsa, bu barədə düşünülə bilər. Söhbət birmənalı qaydada  Azərbaycanın ərazi bütövlüyünün təminindən, Dağlıq Qarabağın statusunda həlledici sözün Azərbaycana verilməsindən gedir”.
 
Q.Hüseynli deyib ki, Əliyev-Putin-Ruhani üçtərəfli görüşü yeni bir siyasi güc mərkəzinin formalaşmasının bünövrəsini qoya bilər:
 
“Şimal-Cənub dəhlizi artıq reallaşır, üstəlik, enerji sahəsində əməkdaşlığa maraq böyükdür. Azərbaycan Rusiya, İrandan qaz ala və bu qazı Avropa bazarlarına ötürə bilər. Azərbaycan hazırda açar rolunu oynayır. Bakı Tehran və Moskvaya böyük xeyir verə bilər. Əvəzində isə hər iki ölkə Azərbaycanın haqlı mənfəətlərini müdafiə etməlidir. Bu baxımdan Bakı görüşü həlledici vəd və qərarlar məqamı rolunu oynaya bilər. Bu dəfə Rusiya öz mövqeyini dəqiq və birmənalı surətdə ortaya qoya bilər”.
 
Qeyd edək ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin ilin ikinci yarısında Bakıda üçtərəfli formatda görüşünün keçiriləcəyi gözlənilir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org