Bu da televiziyamiz: "Ona tesekkur edirem ki, bizi tenqid etmeyib"

10 May 2016 13:33 – xeber –
Teleaparıcı, şoumen Kamran Həsənli "Yeni Müsavat" qəzetinə müsahibəsi zamanı televiziyaları sərt şəkildə tənqid edib. O bildirib ki, hazırda televiziyalarda qeyri-peşəkar kadrlar üstünlük təşkil edir: "Televiziyada peşəkarlar azdır, onlar idarəçilikdən kənarda qalıblar. Cəbhədə yaşanan gərginlik zamanı televiziyamızın tutduğu yola nəzər salsaq, hər şey aydın olar. Bir televiziyanın cəbhəyə toy makyajında, geyimində müğənni aparması, əsgərin də uniformada rəqs etməsi  vətənpərvərliyi təbliğ etmir. Bu, antitəbliğatdır, faciədir. Cəbhədə yaşananlar efirdə öz əksini tapmadı, vətənpərvərlik verilişləri göstərilmədi. Televiziya rəhbəri bu işi anlamırsa, o, vətənpərvərliklə bağlı təbliğat apara bilməz. Hazırda televiziyalarımız əsasən toyxana verir".
Kamran Həsənlinin  fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub. Musavat.com teleaparıcının fikirlərinə münasibət öyrənmək üçün telekanalların məsul şəxsləri ilə əlaqə saxlayıb.  ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov bildirib ki, teleaparıcının iradları ANS-ə aid deyil: "Bizim öz yolumuz var. Digər telekanallar barədə heç nə deyə bilmərəm. Kamran müsahibəsində də qeyd edib ki, ANS-in televiziya siyasəti fərqlidir. Kamran bizimlə çalışıb, ANS-ə daha yaxından bələddir. Ona təşəkkür edirəm ki, bizi tənqid etməyib". 
ATV-nin xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu:
"Kamran televiziyaları tənqid etməklə gündəmə gəlmək istəyir. Ona cavab verib onu gündəmdə saxlamaq istəmirəm. Sadəcə olaraq, aprel ayında  ATV-də vətənpərvərliklə bağlı yayımlanan verilişləri görməmək kor olmaq deməkdir. Bizim qədər vətənpərvərlik rolikləri, proqramları efirə verən telekanal olmadı. Biz bütün əyləncəli proqramları yığışdırmışdıq. Bütün diqqəti cəbhəyə yönləndirmişdik, hər saat xəbər verirdik, xüsusi reportajlar  hazırlayırdıq. Bütün bunları kim idi edən? Kamranın sözlərində sadəcə qərəz var".   

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org