“Bu cinayetkarliga qarsi birge mubarize lazimdir”

23:09 – xeber – Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 21-də ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

    
Daxili İşlər Nazirliyindən Axar.az-a daxil olan məlumata görə, qonaqları səmimi salamlayan nazir dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenko arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığı qısa müddətdə keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmağa, ölkələrimiz arasında siyasi dialoqu uğurla davam etdirməyə imkan verdiyini məmnunluqla vurğulayıb.

Daha sonra nazir DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəmizdəki mövcud kriminogen durum, müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət barədə qısa məlumat verib. Qeyd olunub ki,  yalnız Ümummillli Lider Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında görülən qətiyyətli tədbirlərlə bütün sahələrdə köklü islahatlar həyata keçirilib, sabitlik, əmin-amanlıq bərpa edilib, əməliyyat şəraiti tam nəzarətə götürülüb.

Daxili işlər naziri problemlərə toxunarkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinin diqqət mərkəzində dayandığını, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının zəruriliyini bildirib. 

Belarusla hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlığın  daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirildiyini nəzərə çatdıran cənab Ramil Usubov dost ölkənin Daxili İşlər Nazirliyi ilə sıx işbirliyinin mövcudluğunu, bu səfərin ikitərəfli əlaqələrin daha da inkişafına yeni töhfə verəcəyinə əminliyini xüsusi qeyd edib. Eyni zamanda, hər iki ölkənin Daxili İşlər nazirlikləri Daxili Qoşunlarının əməkdaşlığının son illər uğurla inkişaf etdiyi və bu sahədə bir sıra müsbət nəticələrin əldə olunduğu da nəzərə çatdırılıb. 

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkürünü bildirən cənab Stanislav Zas müstəqillik illərində Azərbaycanda geniş abadlıq, quruculuq işlərinin aparıldığını, böyük inkişaf nəticəsində Bakının simasının tamamilə dəyişdiyini, qazanılan uğurların onlarda məmnunluq hissi doğurduğunu bildirib.

Mehribanlıq və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib. 

Görüşdə Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Gennadi Axramoviç iştirak edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org