Bu, boyuk tehlukedir – İlham Eliyev

00:02 – xeber – Təəssüf ki, son vaxtlar konfessiyalararası, etnoslararası zəmində gərginlik artır, qarşıdurmalar çoxalır. Bu, bütün dünya və bizim ölkələr üçün böyük təhlükədir.

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə bildirib.
 
"MDB ölkələrini birləşdirən təkcə ümumi tarix deyil, həm də əməkdaşlığı möhkəmlətmək zərurətini hamının başa düşməsidir. Mənim fikrimcə, bu gün MDB ölkələri müxtəlif tarixə, mədəniyyətə, ənənələrə, dinlərə mənsub olan xalqların qarşılıqlı fəaliyyətinə dair çox mühüm təcrübəni bölüşə bilər. Bu, bizim böyük sərvətimizdir. Əvvəlki illərdə biz belə məsələləri bəlkə də bu dərəcədə kəskin qəbul etmirdik. Bizə elə gəlirdi ki, bu elə belə də olmalıdır. Doğrudan da belə olmalıdır. Lakin heç də hər yerdə belə deyil. Təəssüf ki, son vaxtlar konfessiyalararası, etnoslararası zəmində gərginlik artır, qarşıdurmalar çoxalır. Bu, bütün dünya və bizim ölkələr üçün böyük təhlükədir. Ölkələrimizin hamısı çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrin hamısında sülh və bizim ərazidə yaşayan bütün xalqlar arasında qarşılıqlı anlaşma var. Hesab edirəm ki, bu, xalqlarımızın və əlbəttə, bu istiqamətdə düzgün siyasət yürüdən rəhbərliyin çox böyük xidmətidir. Biz öz nümunəmizlə həm siyasi sahədə, həm də iqtisadi, sosial, mədəni sahələrdə, təhlükəsizlik sahəsində əməkdaşlıq nümayiş etdiririk. Biz göstəririk ki, bəzi dairələrin buna necə yanaşmalarından asılı olmayaraq multikulturalizm prinsipləri yaşayır və qalib gəlir.
 
Deməliyəm ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Biz BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirmişik, iki gündən sonra V Beynəlxalq Bakı Humanitar Forumu keçiriləcək. Əvvəlki illərdə biz dinlərarası dialoqla bağlı çoxlu tədbirlər keçirmişik və bu gün bizim topladığımız təcrübə çox ölkələr üçün böyük maraq doğurur. Eyni sözləri sizin təmsil etdiyiniz ölkələr barədə də deyə bilərəm. Çünki mən təbii ki, bizim regionda, postsovet məkanında və bütövlükdə dünyada baş verən hadisələri izləyirəm və müsbət dinamika müşahidə edirəm", – İlham Əliyev qeyd edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org