“Bu, bolgemiz ucun ciddi tehdiddir”

12:36 – xeber – Prezident İlham Əliyev İrana səfərinin iki ölkə arasındakı əlaqələrə müsbət təsir edəcəyini açıqlayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, İRNA agentliyinə açıqlama verən prezident iranlı həmkarı Həsən Ruhani ilə qısa müddət ərzində 4 dəfə görüşdüyünü və bu səfərlərdə siyasi, iqtisadi, mədəni sahələrdə müxtəlif sazişlər imzalandığını diqqətə çatdırıb.
 
İlham Əliyev Tehran səfərində müxtəlif regional və beynəlxalq məsələlərlə yanaşı, iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni məsələlərin müzakirə ediləcəyini və müxtəlif sazişlər imzalanacağını bildirib:
 
“İki ölkə arasındakı əlaqələr Azərbaycanın müstəqilliyindən sonra bütün sahələrdə artan xəttlə davam edib. Lakin ticarət həcmi çox aşağıdır və bu mövzuda lazımi tədbirlər görülməlidir. Azərbaycanda investisiya, özəlləşdirmə, daxili və xarici investorlar üçün böyük planlar həyata keçirilir və bu islahatlar sayəsində iranlı investorlar üçün yeni imkanlar yaradılır”.
 
İlham Əliyev qlobal terrorizmlə mübarizə sahəsində dünya ölkələrinin əməkdaşlığının vacib olduğunu vurğulayıb:
 
“Terrorizm indiki vaxtda dünya ölkələri arasında münasibətləri, regional təhlükəsizliyi təhdid etməkdədir. Terrorizmin inkişafı bütün dünya ölkələri, o cümlədən, bizim bölgəmiz üçün ciddi bir təhdiddir. Afrika, keçmiş Sovetlər Birliyi coğrafiyası, Yaxın Şərqdə terrorizm üzündən milyonlarla adam evini tərk etmək məcburiyyətində qalıb və insani faciə günümüzün bir gerçəyi halında özünü göstərməkdədir”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org