Bu bitkiler lisenziyasiz toplanilmayacaq

23:47 – xeber – Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.
 
Milli Strategiyanın əsas məqsədi genetik ehtiyatlardan səmərəli istifadə, bioloji müxtəlifliyin qorunması və gələcək nəsillərə çatdırılması, yoxsulluğun aradan qaldırılması, ekoloji tarazlığın tənzimlənməsi, “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsi, ekoloji təhsilin stimullaşdırılması, endemik flora və yerli fauna növlərinin bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin təkmilləşdirilməsi, bioloji müxtəlifliyə təzyiqlərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsidir.
 
Milli Strategiyanın prioritet istiqamətləri bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı əhalinin ekoloji maarifləndirilməsi üçün cəmiyyətdə ekoloji biliklərin geniş yayılmasının təmin edilməsi, bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi, bioloji müxtəlifliyin, ekosistemin və genetik müxtəlifliyin bərpası və saxlanması, xüsusi mühafizə olunan təbiət ərazilərinin səmərəli idarəedilmə sisteminin yaradılması və mövcud şəbəkənin genişləndirilməsi, bioloji müxtəlifliyə mənfi təsirlərin azaldılması və bioloji müxtəlifliyin davamlı istifadəsi, bioloji müxtəlifliyin davamlılığını təmin etmək məqsədi ilə bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi, milli və yerli səviyyədə bioloji müxtəlifliyin mühafizəsində ictimaiyyətin iştirakının artırılması, bioloji müxtəlifliyin qorunması işlərinin icrasında birgə idarəçiliyin inkişaf etdirilməsi, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üçün adekvat resursların təmin edilməsi, bioloji müxtəliflikdən istifadənin planlaşdırılması və idarə edilməsi üçün institusional potensialın gücləndirilməsidir

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org