Bu, birliyimizi daha da guclendirecek – İlham Eliyev


[r32]
– xeber –
İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr xarici siyasətimizin mühüm bir hissəsini təşkil edir və Azərbaycan bu təşkilatın çox fəal üzvüdür.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif əl-Osaymi ilə görüşündə deyib.
Prezident son illərdə ölkəmizdə bu qurumun fəaliyyəti ilə bağlı nazirlər səviyyəsində bir sıra mühüm tədbirlərin keçirildiyini və Azərbaycanın islamofobiyaya qarşı mübarizədə fəal iştirak etdiyini qeyd edib:
“Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq siyasətimizin gündəliyində duran ən mühüm məsələlərdəndir və bizim bu istiqamətdə təşəbbüslərimiz nəcib bir məqsədə – müsəlman ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Azərbaycan beynəlxalq təşkilatlarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatında qardaş müsəlman ölkələri ilə həmişə həmrəydir. İslam Əməkdaşlıq Təşkilatı da öz növbəsində Azərbaycana güclü dəstək verir”.
Prezident İlham Əliyev vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı kontakt qrupunun yaradılması qərarının qəbul edilməsi və təşkilatın münaqişə ilə bağlı ədalətli mövqeyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu mövqe Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəm əsaslarının qurulmasında mühüm rol oynayır. Dövlət başçısı ölkəmizin bu təşkilatla həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və yaxın günlərdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman ölkələri və xalqları arasında birliyi daha da gücləndirəcək.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif əl-Osaymin Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial, gənclər arasında əməkdaşlıq sahələrində İslam Əməkdaşlıq Təşkilatının və İslam ailəsinin çox mühüm üzvü olduğunu deyib:
“Bu, çox önəmlidir. Azərbaycandakı inkişaf prosesləri və tolerantlıq İslam dünyasında bir nümunədir. Bakıda gördüyüm abadlıq işləri, yaşıllıq və təmizlik məni heyran etdi. Azərbaycan çox gözəl ölkədir”.
Qonaq Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına toxunaraq bunu çox önəmli beynəlxalq idman tədbiri kimi dəyərləndirib və həmin tədbirin bütün müsəlman ölkələrinin bu mötəbər Oyunlarda iştirakı və Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğulayıb.
Görüşdə Azərbaycanın turizm potensialı müzakirə edilib, ölkəmizdə turizmin inkişafı üçün çox böyük imkanların və yaxşı şəraitin mövcud olduğu qeyd edilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org