Bu, Azerbaycan xalqinin heyat terzidir

01:34 – xeber – Mayın 4-də Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü və Ulu Öndərin hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr edilən “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir” mövzusunda IV beynəlxalq konfrans keçirilib.
 
Universitetdən Axar.az-a bildiriblər ki, konfrans bu ali məktəbin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Türkiyənin Anadolu Universitetinin, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin və “SƏS” media qrupunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
 
Konfransın plenar iclasında Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov multikulturalizmin nəzəri və praktik cəhətdən dünyanın diqqət mərkəzində olduğunu söyləyib. Qeyd edilib ki, dominant və periferik mədəniyyətlərdən ibarət cəmiyyətlər multikultural dəyərlərin yüksək səviyyədə təmin olunmasında problemlərlə üzləşir. Azərbaycan özünün multikulturalizm siyasəti və modeli ilə böhran yaşayan ölkələrə nümunə ola bilər.
 
Nəsimi Ryon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xalqımızın mültikultural ənənələrə dəyər verdiyini deyib. Bildirilib ki, xalqımız əsrlərdir müxtəlif etnik qrupların nümayəndələri ilə qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayır. Ölkəmizdə tolerantlıq mühitinin güclənməsi istiqamətində ciddi addımlar atılır.
 
Milli Məclisin deputatları Aydın Mirzəzadə, Məlahət Həsənova bildiriblər ki, Azərbaycanda multikultural sərvətin və ənənələrin qorunmasına və nəsildən–nəslə ötürülməsinə xüsusi diqqət yetirilir. Dünyada yaşanan multikutural böhran fonunda Azərbaycanın öz tolerant dəyərləri ilə fəxr etməyə haqqı var.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Azərbaycan Respublikasının Millətlərarası multikulturalizm, milli və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov konfransın “Multikulturalizm ili” çərçivəsində həyata keçirilən birgə tədbirlər planına uyğun təşkil olunduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, Bakı Multikulturalizm Mərkəzinin açılması, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması, multikulturalizm fənninin tədrisi ölkədə multikultural və tolerant mühitin möhkəmlənməsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının göstəricisidir.
 
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, “SƏS” media qrupunun baş direktoru Bəhruz Quliyev və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin nümayəndəsi Həzi Eynalov ölkəmizdə multikulturalizm siyasətinin həyata keçirilməsində görülən işlərdən söz açıb, bunun Azərbaycan dövlətinin strateji xəttində xüsusi əhəmiyyət daşıdığını bildiriblər.
 
Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstandan olan elm adamlarının, ekspertlərin iştirak etdikləri konfrans işini bölmə iclasları ilə davam etdirib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org