"Bu, Azerbaycan ve Ermenistani bir-birinden ayirir"

– xeber – Dağlıq Qarabağ yarası indiyədək Azərbaycan və Ermənistanı bir-birindən ayırmaqdadır.

 

Report xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini öz bloqunda Bakı və İrəvana səfərlərinin yekunları ilə bağlı açıqlamasında qeyd edib.

 

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa Birliyinin gündəliyindədir və AB öz xüsusi nümayəndəsi vasitəsi ilə prosesi müşahidə edir.

 

"Mən Azərbaycan və Asiya arasında körpü olan Azərbaycan və Ermənistandan yenicə qayıtmışam. Bu iki dövlət çətinlik və ziddiyətlərə baxmayaraq kövrək demokratiyanı möhkəmləndirməyi davam etdirir. Mən səfər zamanı Avropa Birliyi üçün mühüm tərəfdaş olan ölkələrin təkcə hökumətləri ilə deyil, həm də vətəndaş cəmiyyəti və QHT nümayəndələri ilə görüşdüm", – deyə ali nümayəndə qeyd edib.

 

Moqerinin sözlərinə görə, Bakıya səfər Cənubi Avropada enerji təhlükəsizliyi üçün başlıca əhəmiyyət kəsb edən böyük layihə – "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının iclasında iştirak etdim.

 

"Eyni zamanda, bu layihə strateji cəhətdən mühüm regionda qarşılıqlı fəaliyyət potensialının dərinləşdirilməsi və genişləndirilməsi baxımından layihə iştirakçısı olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Bakıda mən, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdüm və onlarla regionda, eləcə də İran, Türkiyə və Rusiyadakı vəziyyəti müzakirə etdim. Biz, həmçinin Azərbaycan-AB münasibətlərinə də toxunduq", — deyə diplomat bildirib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org