“Bu arenaya himnimiz cox yarasir”

21:52 – xeber – Ən əsası odur ki, bu gün Milli Gimnastika Arenasında Azərbaycan himni səsləndi.
 
Bunu Trend-ə müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun nəticələrini şərh edərkən deyib:
 
“Bizim növbəti gimnastika bayramımız baş tutdu. Azərbaycanın Birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Bütün azarkeşlərə, Təşkilat Komitəsinə, bu günün belə yaxşı keçməsi üçün əlindən gələni əsirgəməyərək əmək sərf edən hər kəsə təşəkkür edirəm. KİV əməkdaşlarına da təşəkkürümü bildirirəm ki, bu hadisəni belə gözəl işıqlandırdılar”.
 
Altay Həsənovun sözlərinə görə, Təşkilat Komitəsi əlindən gələni etdi və hamı tariximizdə ilk dəfə olaraq idman gimnastikası üzrə Dünya Kubokunun ən yüksək səviyyədə keçdiyinin şahidi oldu: “Biz də, idmançılar da səylə hazırlaşmışdıq. Bura gələn bütün qonaqlar, idmançılar, məşqçilər və idman rəsmiləri təşkilati səviyyədən çox razı qaldılar. Demək istəyirəm ki, biz də təşkilati işlərin öhdəsindən uğurla gəldiyimiz və bununla yanaşı, nəticələr əldə etdiyimiz üçün çox məmnunuq. Əlbəttə ki, Oleq Stepkodan yaxşı nəticələr gözləyirdik. Bu arenaya himnimiz çox yaraşır”.
 
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti vurğulayıb ki, Oleq Stepkonun əsas idman aləti qollardır və o, qızıl medal qazanmağı bacardı. Eyni zamanda Marina Nekrasova da yaxşı çıxış etdi.
 
Altay Həsənovun sözlərinə görə, yarışların ilk günü olduqca çətin keçdi: “Azarkeşlərimiz idmançılarımıza elə fəal azarkeşlik edirlər ki, bəzən onlara çıxış etmək çətin olur. Doğma divarlar arxasında çıxış etmək, həm asandır, həm də böyük məsuliyyət tələb edir. Ona görə də ilk gün Oleq Stepkonun işləri çox da yaxşı getmirdi, lakin sonra o, özünü toparladı və yaxşı çıxış etdi, hətta üç medal qazandı. İnşallah bizim hələ qələbələrimiz çox olacaq”.
 
Altay Həsənov nəticələrdən məmnun qaldığını da ifadə edib: “İndi hazırlıq dövrüdür, bütün iş və qələbələr hələ qabaqdadır. Ümid edirəm ki, Oleq Stepko daha da çalışacaq və Rio-de-Janeyro Olimpiadasında uğurlu çıxış edəcək. Lakin medallar barədə heç nə deyə bilmərəm. Medal qazana bilməyənlər də çox səy göstərdi. Eyb etməz, hazırda ilin əvvəlidir və uğurlar hələ qabaqdadır”.
 
Federasiyanın vitse-prezidenti Təşkilat Komitəsinin işini də vurğulayıb: “Təşkilat Komitəsinin əməyini çox tərifləmək istəmirəm, lakin onların uğurlu işi göz qabağındadır. Bu bizim üçün idman gimnastikasında ilk belə təcrübədir. Bədii gimnastikada yüksək səviyyəli turnirlərin keçirilməsində təcrübəmiz var. İdman gimnastikasında bu, ilk təcrübədir və bu alındı. Beynəlxalq Gimnastika Federasiyası, Texniki Komitənin rəsmi şəxslərinin rəyləri əsasında deyə bilərəm ki, onlar məmnun qalıblar. Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Morinare Vatanabe Kubokun təşkilini çox yüksək qiymətləndirdi və bunu başa düşənlər, hiss edənlər görürlər ki, Bakıdakı Dünya Kuboku Dünya Çempionatı səviyyəsində təşkil edilib. Biz də yarışların belə yüksək səviyyədə keçməsindən çox razıyıq. Nəticələr də bizi qane edir. Bir sözlə, bayram baş tutdu. Bizim gimnastika bayramımızda iştirakınıza görə sizə təşəkkür edirəm. Hamını təbrik edirəm”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org