Bu, Ankara-Moskva bohranini hece endirecek

08:00 – xeber – Türkiyə-Rusiya münasibətlərində yaxın zamanlarda kəskin dönüş gözləmək düzgün olmazdı.
 
Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə bildirib. Ekspert bunun səbəbini iki ölkə arasında vəziyyətin hələ də normallaşmaqdan uzaq olması ilə izah edib:
 
“Kreml insident olayının birdəfəlik bitməsi üçün Türkiyənin üzr istəməsi və insidentə bilavasitə təsiri olan müvafiq şəxslərin cəzalandırılması ilə bağlı təkid edir. Ancaq rəsmi Ankara Moskvanın bu şərtlərinə nəinki əməl etməyə tələsmir, üstəlik, məsələnin həllini bu şəkildə görmür. Çünki Rusiya Türkiyə ilə ultimativ tonda danışır. Ankara isə məsələni danışıq yolu ilə çözmək istəyir. Yaranmış vəziyyətlə əlaqədar çıxış yolu kimi ikitərəfli komissiyanın yaradılması və mübahisəli məqamların həlli üçün müəyyən təkliflərin irəli sürülməsi vacibdir. Bu, baş tutsa, Ankara-Moskva böhranı tədricən heçə enəcək. Son zamanlar Rusiya rəsmilərinin açıqlamaları göstərir ki, komissiya məsələsi, yaxud da ikitərəfli münasibətlərdə yumşalma prosesi istisna deyil. Hesab edirəm ki, indiki şəraitdə bu tendensiyanın pozulmaması böyük dəyişikliyə gətirib çıxara bilər”.
 
Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus döyüş təyyarəsi Türkiyə sərhədini pozduğu üçün vurulandan sonra Ankara və Moskva arasında münasibətlər gərginləşib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org