Britaniyanin simali su icinde: 10 milyard dollarliq ziyan (FOTO)

30 Dekabr 2015 09:59 – xeber –
Britaniyanın şimal-qərbində dekabrın əvvəlindən səngimək bilməyən güclü yağışlar və qasırğaların yaratdığı daşqınlarla sellər ölkə iqtisadiyyatına böyük zərər vurub. 60 min evi su basıb. Əpplbi qəsəbəsindən minə yaxın sakin təxliyyə olunub.
Olkem.az Daily Mail-ə istinadən bildirir ki, dünən regionda yenə leysan yağışlar və qasırğa olub. Nəticədə Kambriya qraflığındakı şəhər və qəsəbələrdə 7 min ev işıqsız, istiliksiz qalıb.
Fəlakət zonasında xilasetmə işləri aparmaq üçün 600 hərbçi göndərilib.
Su basmış Kambriya və Yorkşir qraflıqlarında yeni daşqınlar gözlənilir. Şotlandiyanın mərkəzi bölgələri və Şimali İrlandiyada da leysan yağışları təxminlənir.
Bu günlərdə Şimali Yorkşir qraflığındakı kiçik Tadkaster şəhərində 18-ci əsrə aid körpü uçub. İngiltərənin ən qədim şəhərlərindən biri Yorkda "Vikinqlər Muzeyi"ni də su basıb. 
Britaniyanın baş naziri Devid Kemeron təbii fəlakətdən ziyan çəkmiş vətəndaşlara və sahibkarlara ilkin yardım məqsədilə büdcədən 50 milyon funt-sterlinqin ayrılması barədə göstəriş imzalayıb.
Bundan başqa, sel və daşqınlardan zərər çəkmiş infrastrukturun bərpası üçün yaxın 4 il ərzində büdcədən 2,3 milyard funt-sterlinq ayrılacaq. 
Ekspertlərin hesablamalarına görə, Britaniyanın şimal-qərbindəki sel və daşqınlar ölkə iqtisadiyyatına təqribən 6 milyard funt-sterlinq həcmində ziyan vurub.
 

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org