"Brent" nefti ucuzlasdi

31 Dekabr 2015 17:09 – xeber –
Dünya bazarında "Brent" markalı neft 2004-cü ilin iyul ayından indiyədək ən minimal orta aylıq qiymət səviyyəsinə yaxınlaşıb.
Olkem.az "Report"a istinadən xəbər verir ki, "Brent"in 2015-ci il dekabr ayında orta aylıq qiyməti 40,58 dollar/barelə geriləyib. Bu, "Brent"in 2008-ci ilin dekabr ayında qeydə alınan orta qiymətindən 0,63 dollar/barel və ya 1,58% çoxdur.
Qeyd edək ki, "Brent" markalı neft sonuncu dəfə 2008-ci ilin dekabr ayında 39,95 dollar/barelə (orta qiymət) satılıb. Beləliklə, "Brent"in 2015-ci il üzrə orta qiyməti 52,57 dollar/barelə bərabər olub ki, bu da 2014-cü ilin orta aylıq qiymətindən 46,46 dollar/barel və ya 46,9% azdır.
Bu neft markasının orta illik maksimal qiyməti 2012-ci ildə qeydə alınıb və 111,63 dollar/barel təşkil edib. 2015-ci ilin orta aylıq qiyməti isə həmin göstəricidən 59,06 dollar/barel və ya 52,9% azdır.
WTI (Texas) markalı neftin 2015-ci il üçün orta aylıq qiyməti isə dekabrda 38,25 dollar/barel təşkil edib. Bu, Texas neftinin 2004-cü ilin iyun ayından etibarən ən aşağı qiymətidir. Qeyd edək ki, 2004-cü ilin iyun ayında Texas markalı neftin orta aylıq qiyməti 38,03 dollar/barel təşkil edib. 2015-ci il dekabr ayının orta aylıq qiyməti 2004-cü ilin iyun ayının analoji göstəricisindən 0,22 dollar/barel və ya 0,57% çoxdur. Beləliklə, WTI neftinin 2015-ci il üçün orta illik qiyməti 48,77 dollar/barelə bərabər olub. Bu da Texas markalı neftin 2014-cü ilin orta illik qiymətindən 44,48 dollar/barel və ya 47,7% azdır. Texas neftinin maksimal illik qiyməti 2013-cü ildə qeydə alınıb və 97,98 dollar/barel təşkil edib. Cari ilin orta qiyməti 2013-cü ilin analoji göstəricisindən 49,21 dollar/barel və ya 50,2% azdır.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org