10:45 – xeber – Braziliya yığma komandası Amerika Kubokunun qrup mərhələsinin ikinci oyununda Haitini 7-1 hesabı ilə darmadağın edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Felipe Koutinyo 14, 29 və 90-cı dəqiqlərdə fərqlənməklə het-trik edib. Digər qolları ilə Aqusto (2), Qabriel, Lukas Lima vurub. Haitinin yeganə qolu Ceyms Marselendən gəlib.
Qeyd edək ki, ilk matçda Ekvadorla bərabərə qalan Braziliya 7-1-lik qalibiyyətdən sonra 4 xalla B qrupunda liderliyə yüksəlib.