"Boz kardinal"dan Azerbaycan cagirisi

– xeber – Gürcüstanın sabiq baş naziri,  ölkənin "boz kardinalı" Bidzina İvanişvili Azərbaycanla bağlı çağırış edib.

 

ANS-in məlumatına görə, İvanişvili mətbuata açıqlama verərək ölkəsini Azərbaycanla münasibətləri dərinləşdirməyə çağırıb.

 

O, həmçinin Azərbaycanla yanaşı Türkiyə və Ermənistanla münasibətlərin Gürcüstan üçün əhəmiyyət daşıdığını deyib.

 

"Biz Gürcüstanın maraqlarına toxunmadan Rusiya ilə münasibətləri normallaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Bundan başqa, biz mühüm tərəfdaş və dostlarımız – Türkiyə, Azərbaycan və Ermənistanla əlaqələrimizi dərinləşdirəcəyik", – deyə məktubda yazıb.

 
Sabiq baş nazir deyib ki, biz yaxşı anlamalıyıq ki, Gürcüstanın Avropa İttifaqına qəbulu məsələsi yaxın gələcəkdəki gündəlikdə yoxdur.

 

"Biz NATO-ya üzv olmaq üçün də müəyyən vaxt gözləməliyik, çünki bu mürəkkəb geosiyasi prosesin bir hissəsidir və bizim arzumuz və hazırlığımızdan asılı deyil", – deyə İvanişvili yazıb.

 

İvanişvili  2011-ci ildən siyasətlə məşğuldur. Gürcüstanda 1 oktyabr 2012-ci il parlament seçkilərində onun rəhbərlik etdiyi Gürcüstan arzusu-Demokratik Gürcüstan seçki bloku deputat yerlərinin yarıdan çoxunu qazana bilib. Onun 6 milyard maliyyə vəsaiti olan Ortaq İnvestisiya Fondu var. Fondun əsas məqsədi isə Gürcüstan iqtisadiyyatını inkişaf etdirməkdir.

 

Bidzina İvanişvili Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili kimi Avropa və ABŞ-la yaxşı münasibətlər istəsə də, belə münasibətləri Rusiya ilə də arzu edir.

İvanişvili baş nazir olduğu vaxt Azərbaycana aşağı qiymətə qaz tədarük etdiyinə görə təşəkkür etdiyi halda hazırda hökumətin Rusiyadan qaz ixrac etməsini dəstəkləyir. Onun sözlərinə görə, hökumətin Rusiyadan qaz almasında heç bir təhlükə yoxdur.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org