"Boyumeyen usaqlar" Avropada – Video

– xeber – Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların taleyindən bəhs edən “Böyüməyən uşaqlar” filmi alman dilinə tərcümə edilərək, Avropa ölkələrində nümayiş olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev bildirib.

 

Onun sözlərinə görə, məqsəd Azərbaycanın haqq səsini Avropa ölkələrində yaymaqdır. 

 

Diaspor təşkilatının rəhbəri bildirib ki, alman xarici dilə tərcümə olunandan sonra “Böyüməyən uşaqlar” filmi ilkin olaraq Brüssel (Belçika), Vyana (Avstriya), Vülnüs (Litva), Bern (İsveçrə) şəhərlərində nümayiş etdiriləcək. Daha sonra onun digər ölkələrdə nümayişi də planlaşdırılır.

 

Bu, Alman Azərbaycan Mədəniyyət Evinin Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində həyata keçirdiyi təbliğat xarakterli tədbirlərdən biridir.

Tədbirlər Alman Azərbaycan Mədəniyyət Evinin və Parlament Jurnalistlər Birliyinin  birgə təçkilatçılığı ilə həyata keçiriləcək.

 

Qeyd edək ki, Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş direktoru Elşad Eyvazlının ideya və ssenarisi əsasında çəkilən "Böyüməyən uşaqlar" filmi “Xocalıya ədalət” kampaniyası çərçivəsində ərsəyə gəlib.

 

Film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çəkilib.

 

Filmə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar Cavanşir Feyziyev, Rövşən Rzayev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov dəstək olublar.

Filmin quruluşçu rejissoru Cavanşir Eladısoy, rejissoru isə Tural M.Məmmədzadədir. Filmi ingilis dilinə iki xanım çevirib.

 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org