Boyuk tehluke yaxinlasir: Rusiya ve İran hedefde


[r32]
– xeber –
Rusiya son illər Yaxın Şərq siyasətini gücləndirmə xəttini yürüdür.
Bunu Axar.az-a Rusiya və Səudiyyə Ərəbistanının nüvə gücünün sülh üçün istifadəsi barədə saziş imzalanmasını şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq Moskva ilə Ər-Riyad arasındakı nüvə danışıqlarının siyasi xarakter daşıdığını deyib:
“Rusiya belə bir müqaviləni daha əvvəl Misirlə imzalayıb. Misirin Səudiyyəyə nəzərən çox perspektivli olması və ilk baxışdan ümidverici planlar cızılması təsadüfi deyil. Səudiyyə öz göstəricilərinə görə, əlbəttə ki, Yaxın Şərqdə olan mühüm ölkələrdən sayılır, ancaq Rusiya ilə nüvə sahəsində əməkdaşlıq siyasi məqsədlidir. Səudiyyə bölgədə nüfuzunu daha da artırmağa çalışır. Bu ölkədə uran axtarışları ilə bağlı böyük tədqiqat işləri gedir, xarici şirkətlər Səudiyyəyə maraq göstərir. Ancaq Səudiyyənin əsl niyyəti ABŞ və İsrailin dəstəyi ilə nüvə silahına sahib olmaqdır. Rusiya nüvə dövləti kimi Yaxın Şərqdə atom silahının yayılmasında heç də maraqlı deyil. Ümumiyyətlə, nüvə-atom proqramı çərçivəsində hərbi komponentlərin yayılması qlobal təhlükəsizliyə ziddir. ABŞ, İsrail və digər bölgə dövlətləri İranla bağlı xüsusi proqramlar təsis ediblər. Hətta ABŞ bu yaxınlarda antiiran koalisiyasını yaradacağını bəyan edib. Əslində, bu, böyük bir təhlükədən və müharibədən xəbər verir”.
Politoloq belə bir vəziyyətdə Rusiyanın nüvə silahının əldə olunması istiqamətində Səudiyyəyə dəstək verəcəyini düşünmür:
“Bir tərəfdən Yaxın Şərq Rusiyanın sərhədlərinə yaxındır, digər tərəfdən isə təhlükəli hazırlıqların hansı fəlakətlərlə nəticələnə biləcəyi bəllidir. Bu baxımdan Rusiya və Çin ABŞ-ın cızdığı təhlükəli planlara qarşı çıxır. Rusiya Türkiyə və Misirdən sonra Səudiyyə ilə anlaşsa da, hələ ki durum çox kövrəkdir. Bölgədə risklərin sayı artarsa, Rusiya bu prosesdən boyun qaçıracaq və Ər-Riyada köməklik göstərməyəcək. Çünki Səudiyyə açıq-aşkar ABŞ və İsraillə müttəfiqlik münasibətlərinə girib. Əgər bu müttəfiqliyin taktiki hədəfi İrandırsa, strateji hədəfi Rusiyadır. Bu baxımdan hesab edirəm ki, Kreml vəziyyəti yaxından monitorinq edərək çox ehtiyatlı davranacaq”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Rusiyanın “Rosatom” şirkəti arasında nüvə gücünün sülh üçün istifadəsi barədə saziş imzalanıb. Sazişə əsasən 2032-ci ilə qədər nüvə stansiyasından 17,6 geqavatt elektrik istehsal edilməsi planlaşdırılır.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org