Borjomini sel basdi

19:52 – xeber – Dünya şöhrətli kurort şəhərində küçələrdə suyun hündürlüyü 40 sm-ə çatır.
 
ANS-in məlumatına görə, intensiv yağışlar, güclü dolu, daşqın Gürcüstanda xeyli problemin yaranmasına da səbəb olub. Dünyaşöhrətli kurort şəhərinin bəzi küçələrində suyun hündürlüyü 40 sm-ə qədər qalxıb.
 
"Şəhərin bir çox rayonunda küçələri, evlərin zirzəmilərini su basıb. Kanalizasiya quyuları su axınını təmizləməyi çatdırmır", – deyə Borjomi şəhər bələdiyyəsindən məlumat verilib. Hələ də zirzəmilərə yığılan suyun təmizlənməsi üçün işlər aparılır.
 
Dolu ölkənin kənd təsərrüfatına, meyvə bağlarına da ciddi ziyan vurub. Evlərin dam örtükləri və pəncərələri qırılıb.
 
Anoloji vəziyyət Qoridə də hökm sürür. Xüsusilə Kvarxeli kəndində yaşayanlara daha çox ziyan dəyib. Bu kənddə məhsulun 80 faizi məhv olub. Şahidlərin sözlərinə görə, 10 dəqiqə davam edən dolu o qədər güclü və iri olub ki, üzümlüklər, ağaclar, demək olar ki, tamamilə məhv olub.
 
Xoşbəxtlikdən təbii fəlakət nəticəsində insan itkisi qeydə alınmayıb. Yaradılan xüsusi komissiya dəyən ziyanın miqdarını müəyyən edir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org