Bolqaristanda Azerbaycana gore resmi qebul kecirildi

21:01 – xeber – Azərbaycanın Bolqarıstandakı səfirliyi 28 may – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib. 
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirdə Bolqarıstan Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Xarici İşlər, Ədliyyə, Energetika, İqtisadiyyat nazirlikləri və digər dövlət qurumlarının məsul şəxsləri, Xalq Məclisinin üzvləri, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəhbərləri, aparıcı KİV nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, həmvətənlərimiz, azərbaycanlı tələbələr, ümumilikdə 350-dək qonaq iştirak edib.
 
Rəsmi qəbulda III Bakı Humanitar Forumunun iştirakçısı, tanınmış bolqar bəstəkarı Kiril Lambovun dirijorluğu ilə Azərbaycanın və Bolqarıstanın himnləri canlı ifa olunub.
 
Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradıldığını və 28 may tarixinin Respublika Günü kimi qeyd olunduğunu bildirib. Səfir Azərbaycan Demokratik Respublikasının müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olduğunu və 1920-ci il aprelin 28-dək davam edən bu müstəqilliyin Azərbaycan demokratik dövlətçiliyinin ilk təcrübəsi kimi azərbaycanlıların sonrakı nəsillərinin yaddaşında yaşamağa davam etdiyini söyləyib. O, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Demokratik Respublikasının ideya və dəyərlərinin demokratiya yolunda rəhbər prinsip olduğunu diqqətə çatdırıb. Diplomat Respublika Gününün, Azərbaycan Demokratik Respublikası irsinin dövlətçiliyimizin sarsılmaz rəmzi olduğunu deyib. O, müstəqilliyin ilk illərində gənc ölkənin ciddi çətinliklərlə üzləşdiyini, lakin ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə bu çətinliklərin öhdəsindən gəlindiyini və bunun nəticəsi olaraq bu xüsusi gündə Azərbaycanın son iki onillikdə uğurlu inkişaf nailiyyətlərinin sərgiləndiyini vurğulayıb. N.Qurbanova Azərbaycanın təhlükəsizliyin istehlakçısından təhlükəsizliyin təchizatçısına çevrildiyini, transregional enerji və nəqliyyat infrastrukturu layihələrinin təşəbbüskarı və icraçısı olmaqla, təkcə özünə deyil, həm də tərəfdaş ölkələrə böyük fayda gətirdiyindən bəhs edib. O, humanitar ölçüdə ölkəmizin hər kəs üçün sülh, təhlükəsizlik və rifahın dəstəklənməsi naminə mədəniyyətlərarası dialoqun, mədəni müxtəlifliyin və tolerantlığın təbliğində fəal surətdə iştirak etdiyini bildirib. Səfir ötən il Bakıda Avropa qitəsi tarixində ilk olaraq Avropa Oyunlarının keçirildiyini və növbəti il Azərbaycanın İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Diplomat bir ay əvvəl Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda uğurla keçməsindən də bəhs edib. Nərgiz Qurbanova, həmçinin bu il Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin ilk dəfə Avropa İttifaqına üzv olmayan ölkənin şəhəri kimi “Avropa Gənclər Paytaxtı” elan edilməsi, cari ilin iyun ayında Azərbaycanda təşkil olunacaq “Formula-1” Avropa Qran-prisinin 2016-cı il mövsümündə ən sürətli şəhər treki statusuna imza atacağı barədə də məlumat verib. Azərbaycan-Bolqarıstan münasibətlərindən danışan səfir bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və cari ildə Bolqarıstanın Prezidenti Rosen Plevneliyevin və xarici işlər naziri Daniel Mitovun ölkəmizə uğurlu səfərlərini qeyd edib.
 
Bolqarıstanın Energetika naziri Temenujka Petkova dost ölkə olan Azərbaycanı milli bayram münasibətilə öz adından və ölkə hökuməti adından təbrik edib, Bolqarıstanın hər zaman Azərbaycanla iqtisadi və siyasi əlaqələrə dəstək verdiyini söyləyib. O, ölkələrimiz arasında mövcud siyasi əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb. T.Petkova “Cənub Qaz Dəhlizi” layihəsi üzrə əməkdaşlığı xüsusilə vurğulayaraq, Azərbaycanın bu dəhlizin inkişafı və ümumən enerji təhlükəsizliyin təminatında mühüm rolunu vurğulayıb.
 
Tədbirdə, həmçinin bolqar və Azərbaycan opera ifaçıları Osman Musaoğlu və İlqar Məclumov, piano ifaçısı Antoniya Evqeniyeva, bolqar bəstəkarı Kiril Lambovun dirijorluğu ilə Azərbaycan və bolqar əsərlərindən ibarət konsert olub.
 
Qəbulda Azərbaycanda keçiriləcək “Formula-1” yarışı, 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsi və “Gəncə “Avropa Gənclər Paytaxtı ilə bağlı videoçarxlar, eləcə də ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizmini tərənnüm edən sənədli filmlər nümayiş etdirilib. Həmçinin “Gəncə Avropa Gənclər Paytaxtı”, “Formula-1” yarışlarına dair stendlər təşkil edilib.
 
Qəbulda qonaqlara Azərbaycanın milli mətbəxinin təamları təqdim olunub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org