– xeber – Nigerdə “Boko Haram” terrorçularının Nigeriya ilə sərhəddə yerləşən hərbi hissəyə hücumu nəticəsində 32 hərbçi həlak olub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, öldürülənlərdən 30-u Niger, 2-si isə Nigeriya hərbçisi olub.
Məlumata görə, hərbçilərin qarşılıq verməsi nəticəsində terrorçuların da xeyli itki verib.
Lakin onların sayı bəlli deyil.
Qeyd edək ki, son bir neçə ayda “Boko Haram”ın aktivləşdiyi müşahidə olunur.