BMT-deki sesvermede Baki dogru etdi –


[r32]
– xeber –
Belarusun BMT-də Krımda insan haqları ilə bağlı qətnamənin əleyhinə səs verməsi doğru deyil.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində ukraynalı deputat İrina Geraşenko paylaşıb.
“Rumıniya bizimlə olan gərginliyinə rəğmən qətnaməni müdafiə etdi. Əleyhimizə səs verənlərin əksəriyyəti SSRİ dönəmin Moskva ilə xüsusi münasibətləri olan Afrika və Latın Amerikası ölkələri oldu. Donbasla bağlı sülh danışıqları Minskdə aparılır, amma Belarus bizim əleyhimizə səs verir. Bu ölkə neytral statusa iddia edir. Bəzi MDB ölkələri isə səsvermədə ümumiyyətlə, iştirak etmədilər. Onlar sadəcə zalı tərk etdilər. Bu isə Moskvadan uzaqlaşmaq istiqamətində atılan doğru addım idi”, – deyə o bildirib.
Qeyd edək ki, dünən BMT Baş Assambleyasında Krımın Rusiya tərəfdən işğalı ilə bağlı qətnamə qəbul edilib. Qətnamənin qəbulunun əleyhinə Rusiya, Özbəkistan, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan və Ermənistan səs verib. Moldova, Ukrayna və Gürcüstan qətnaməni dəstəkləyib.
Azərbaycan və Türkmənistan isə ümumiyyətlə, səsvermədə iştirak etməyib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org