BMT-de sou: Misirle ABŞ-in gizli Quds sovdelesmesi


[r32]
– xeber –
Bu, ABŞ-ın siyasətində yeni bir şey deyil. ABŞ onunla razılaşmayan dövlətləri nəinki hədələyir, hətta onlara qarşı sanksiyalar tətbiq edir, onların rəhbərlərini “diktator” adlandırır, orada dövlət çevrilişləri təşkil edir.
Bu sözləri Axar.az-a BMT Təhlükəsizlik Şurasına Misir tərəfindən təqdim edilən Qüds layihəsinin lehinə 14 üzvün səs verməsindən sonra dünya ictimaiyyətinin həmrəyliyi qarşısında təklənən ABŞ-ın təşkilata üzv ölkələri Qüds qərarı ilə bağlı hədələməsinə münasibət bildirərkən politoloq Nəzakət Məmmədova deyib. O vurğulayıb ki, əslində BMT-dəki bu səsvermə şou xarakterli addım idi:
“Türkiyə ilə münasibətləri hazırda gərgin olan Sisi İslam Əməkdaşlıq Təşkilatında Türkiyənin fəallığına qarşılıq olaraq, Misir parlamentində Qüds müzakirələri apardı. Müzakirələrdə Ərəb Dövlətləri Liqası liderlər zirvəsinin toplanması, eyni zamanda, Misirin BMT-yə qətnamə layihəsi qədim etməsi qərara alındı”.
Politoloq qeyd edib ki, hazırkı Misir rejiminin ABŞ-la yaxın münasibətləri göz önündədir:
“ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında Sisi rejiminə qarşı olan Müsəlman Qardaşlarının terrorçu kimi göstərilməsi, Konqresdə onun terror təşkilatı kimi tanınmasının planlaşdırılması göstərir ki, ABŞ hazırkı İsor rejimini dəstəkləyir, ona müxalifətdə olan Müsəlman Qardaşlarını terrorçu kimi görür. Belə bir şəraitdə Misirin ABŞ-a qarşı qətnamə təklifi irəli sürməsi sadəcə görüntü xatirinə, islam aləmində nüfuzunu itirməməsi üçün atılan addım idi”.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına Misir tərəfindən təqdim edilən Qüds layihəsinin lehinə 14 üzvün səs verməsindən sonra dünya ictimaiyyətinin həmrəyliyi qarşısında təklənən ABŞ təşkilata üzv ölkələri hədələyib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT üzvlərinin elektron poçt ünvanlarına göndərdiyi xəbərdarlıq mesajında Qüdslə bağlı səsverməni ABŞ-ın “şəxsi məsələ kimi” qəbul etdiyini və ABŞ əleyhinə səs verənlər barədə Donald Trampa məruzə edəcəyini bildirib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org