Bjezinski: “Avrasiya İttifaqi dagilacaq, Rusiya ise…”


[r32]
– xeber –
Avrasiya İttifaqının 10-20 il ərzində mövcud olacağı ilə bağlı şübhələrim var.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Gazeta.ru” saytına müsahibəsində amerikalı məşhur politoloq Zbiqnev Bjezinski söyləyib. Onun fikrincə, bu təşkilata üzv ölkələrin liderləri öz dünya görüşlərini dəyişsələr, Avrasiya İttifaqından heç nə qalmayacaq:
“Avrasiya İttifaqı həmçinin Rusiyanın Qərbi Avropa ilə münasibətlərinin normallaşdırılmasında lazımsız olacaq. Belə ki, Rusiya hökuməti ölkəni Avrasiya yox, Avropa dövləti kimi görür”.
Avropadakı seçkilərə toxunan politoloq populistlərin qitə üçün təhdid kəsb etdiyini bildirib:
“Əgər bir sıra əsas Avropa ölkələrində olan siyasi dinamika və tendensiyaları nəzərə alsaq, o zaman qitədə böyük iğtişaşlar yarana bilər. Məncə, bu proses lokal xarakter daşıyacaq. Populistlərin Avropada hakimiyyətə gəlməsinin qlobal stabillik üçün ciddi təhdid olacağını düşünmürəm”.
Bjezinski hazırda Çinin Rusiyadan daha önəmli ölkə olduğunu deyib:
“Əgər Amerika və Çin əməkdaşlıq etsə, Rusiyanın bu iki ölkəyə qoşulmaqdan başqa seçimi qalmayacaq. Bu, ilk növbədə Amerikanın maraqlarına uyğundur. Bu, həm də Rusiya üçün uzunmüddətli perspektivdə sərfəlidir”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org