– xeber – Ərəb dünyasında Türkiyə teleseriallarının sevilməsi bizim üçün olduqca mühümdür.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli aktyor Murad Yıldırım deyib.
“Teleseriallarımızın sevilməsi Türkiyə üçün mühümdür. Bizlər gəldi-gedərik, lakin Türkiyə həmişə insanların yaddaşında qalacaq. Uşaqlıqda izlədiyimiz ABŞ filmlərini və aktyorlarını xatırlamırıq. Lakin biz o filmlərin sayəsində bütün ABŞ şəhərlərinin adlarını öyrənmişik. Bir ölkənin tanıtımında film və teleseriallar olduqca önəmlidir”, – Yıldırım bildirib.
Qeyd edək ki, Murad Yıldırım Livanda ərəb dünyasında ən uğurlu aktyorlara verilən “Murex Dor” mükafatı ilə təltif edilib.