“Bizi buna Ruhengiz mecbur etdi” – Video

08:30 – xeber – Axar.az-ın “Qızıl duetlər” layihəsinin doqquzuncu dueti xalq artisti Flora Kərimova və Cavan Zeynallının birlikdə ifa etdiyi “Görüş” mahnısıdır. Sözləri Rafiq Babayevə, musiqisi Ruhəngiz Qasımovaya aid olan mahnı bu gün də sevilərək dinlənilir.
 
Cavan Zeynallı
 
Cavan Zeynallı 1967-ci ildə A.Zeynallı adınaMusiqi Texnikumunu bitirib. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olub. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləyib. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçısı kimi fəaliyyət göstərib. 1979-2001-ci illərdə “Qaya” Dövlət ansamblının solisti olub.Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarında iştirak edib.
 
Cavan Zeynallı xalq artisti Flora Kərimova ilə duetini belə xatırlayır:
 
“Əslində, o duet “Yollar görüşəndə” televiziya tamaşa üçün hazırlanırdı.Tamaşa sırasında biz Flora xanımla 3 duet oxumalı olduq. O duetlər bunlar idi: “Susdu dodaqlar”, “Oğul-ata” və “Bizə dəyməyin”. Nədənsə, “Susdu dodaqlar” mahnısı daha çox sevildi.Birlikdə duet oxumaq təklifi bizə Ruhəngiz Qasımovadan gəlmişdi. O, çox istəyirdi ki, bu dueti məhz biz oxuyaq”.
 
Duetin digər ortağı xalq artisti Flora xanım Kərimova sözügedən mahnının hazırlanma və ərsəyə gəlmə prosesində qızı Zümrüdə bir neçə aylıq hamilə olub.
 
Mahnının bəstəkarı Ruhəngiz Qasımovaya niyə məhz duetin onlar tərəfindən oxumaqda israrlı olmasını soruşduq. O, israrını bu cür izah etdi:
 
“O vaxtlar təzə ifaçılar yox idi. Gündəmdə olan gənc müğənnilərin sayı çox az idi. Bu, cavanların eşqindən bəhs edən bir mahnı olduğundan ora yaşlı müğənnilər dəvət edə bilməzdik. Həmin vaxtlar Flora və Cavan Zeynallıyeni üzə çıxanifaçılar olduğundan biz bu duetə onları dəvət etdik. Bu mahnını çox gözəl ifa etmişdilər”.
 
Qeyd edək ki, xalq artisti Flora Kərimova və Cavan Zeynallının ifa etdiyi “Görüş” (“Susdu dodaqlar”) dueti 1979-cu ildə ərsəyə gəlib.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org