Bize muraciet edenlerin anonimliyi qorunur – Polkovnik


[r32]
– xeber –
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində növbəti görüş Əmircan qəsəbəsində baş tutub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Suraxanı rayon Əmircan qəsəbəsi 84 saylı orta məktəbdə keçirilən tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov ümumbəşəri problem olan narkomaniyaya qarşı bütün dünya ölkələrinin ciddi addımlar atdığını bildirib.
Ölkəmizdə də narkomaniyaya qarşı davamlı işlər görüldüyünü deyən N.Həsənov vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.
Həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticəsindən də danışan N.Həsənov qeyd edib ki, rayonumuzda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ötən illərlə müqayisədə xeyli aşağı düşüb. Bunun da əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin “qaynar xətt”in yaradılmasıdır:
“Təcrübə göstərir ki, məhz “qaynar xətt” vasitəsilə vətəndaşların narkomaniya ilə bağlı məlumatlarını əldə etmək və müvafiq tədbirlər görmək mümkündür. Burada bir məqam da var ki, “qaynar xətt” vasitəsilə bizə müraciət edənlərin təhlükəsizliyi üçün onların anonimliyini saxlayırıq. Nəticədə həm vətəndaşımız güvəndə olur, həm də bizə etibarı inamı artır”.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verilib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org