Biz bununla barismaliyiq – Nazir

22:12 – xeber – Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakının abadlaşdırılması çərçivəsində keçmiş "Sovetski" məhəlləsində tarixi abidələrin sökülməsi haqda deyilənlərə münasibət bildirib.
 
Report-un xəbərinə görə, Ə.Qarayev "ASAN radio"nun "QəbuldASAN" verilişinə deyib ki, yalnız Bakıda deyil, bütün dünyada yol hərəkətinin, şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi, ümumiyyətlə, şəhərin abadlaşdırılması prosesində müxtəlif ziddiyyətlər olub və bundan sonra da olacaq: "Biz bununla barışmalıyıq. Keçmiş "Sovetski" məhəlləsində tarixi abidələrin sökülməsi haqda deyilənlərə gəlincə, tarixi abidələrin qorunması ilə bağlı dövlətin 2001-ci ildə tərtib etdiyi siyahı var. Həmin siyahıya bəzi binalar çox tələsik, düşünülməmiş şəkildə daxil edilib. O binaların bəziləri isə həmin dövrdə, ümumiyyətlə, mövcud olmayıb. Prezident İlham Əliyevin tapşırığı ilə bizdə yeni xidmət yaradıldı, bu xidmət iki il müddətində yeni siyahının tərtib edilməsi ilə məşğul oldu. Biz də əlavə yerlərin o siyahıya daxil edilməsini təmin etdik".
 
Ə.Qarayev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi keçmiş "Sovetski"də ölkə deyil, yerli əhəmiyyətli olan, artıq istifadə müddəti bitən və işlədilməsi mümkün olmayan binaların sökülməsinə razılıq verib: "Lakin orada tarixi əhəmiyyətli bir neçə bina müəyyənləşdirilib və onlara toxunulmayacaq. Bəzi binaların həmin siyahıya düşməsinə səbəb olan elementləri nazirliyin mütəxəssisləri tərəfindən binalar sökülməmişdən əvvəl öyrənilir, xüsusi üsulla onların elementləri, xüsusiyyətləri sənədləşdirilir, onlar xüsusi bir yerdə saxlanılır. O elementlərdən ibarət xüsusi bir məkanın düzəldilməsi nəzərdə tutulub və bununla bağlı hazırda layihə işlənilir. Əgər həmin məkanın düzəldilməsi mümkün olmasa, onda başqa variant seçiləcək. Yəni söküntü aparılan ərazidə xidməti binalar inşa olunsa, həmin elementlər yeni binaların üzərində istifadə olunacaq və orada yazılacaq ki, vaxtilə burada belə bir  bina olub, o nə zaman, kim tərəfindən inşa edilib və əhəmiyyəti nədən ibarət olub".
 
Nazir hesab edir ki, söküntüdən əvvəl həmin ərazidə olan vəziyyətdən həm orada yaşayan insanlar, həm də ərazidən keçənlər əziyyət çəkirdilər: "Gəlin razılaşaq. Çünki orada nəqliyyatın hərəkətində ciddi problemlər vardı. Mən Bakıda anadan olmuşam, burada böyümüşəm, həmin binaları digər paytaxt sakinlərindən az sevmirəm. Hər bir binanın aqibəti, tarixi əhəmiyyəti və gələcəyi digər paytaxt sakinləri kimi məni də narahat edir. Ona görə də çalışırıq ki, bütün məsələləri dövlətin qanunları çərçivəsində həll edək".
 
O qeyd edib ki, söküntü ərazisində yerləşən Azərbaycan Memarlar İttifaqının binası sökülməyəcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org