Birinci xanim: "Esas meqsed realliqlari…"

– xeber – Oktyabrın 3-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fransalı qonaqları ölkəmizdə görməkdən şad olduğunu bildirdi. Heydər Əliyev Fondunun prezidenti Fransa Milli Assambleyasının deputatlarının son günlərdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən iki mühüm hadisədə – V Bakı Beynəlxalq Humanitar Forumunda və Roma Papası Fransiskin ölkəmizə səfəri ilə bağlı tədbirlərdə iştirak etdiklərini məmnunluqla qeyd edib. Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin ölkəmizə yeni dostlar gətirdiyindən məmnunluğunu ifadə edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva onların paytaxtımızla daha yaxından tanış olacaqlarına əminliyini bildirib. Azərbaycanın birinci xanımı Assosiasiya üzvlərinin sayının getdikcə artdığını və bunun Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti iki ölkə arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etdiyini deyib, humanitar və təhsil sahələrində əməkdaşlığı xüsusi vurğuladı. Mehriban Əliyeva son zamanlar Azərbaycanın və Fransanın şəhərləri və regionları arasında əlaqələrin gücləndiyini bildirib, şəhərlərimiz arasında imzalanan qardaşlaşma sazişlərinin əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar açdığını diqqətə çatdırdı, oktyabr ayında Fransanın Konyak şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin abidəsinin ucaldılacağını bildirib. Mehriban Əliyeva Assosiasiyanın əsas məqsədinin Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayaraq bu baxımdan belə səfərlərin təşkilinin böyük əhəmiyyət daşıdığını bildirib.

 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel görüşə görə minnətdarlığını bildirdi, Parisdə Azərbaycan şəhərciyinin açılışını ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, Fransa Milli Assambleyasının bir həftə ərzində Azərbaycan paytaxtında olan deputatları Bakı ilə tanışlıq imkanı qazanıblar. Paytaxtımızda keçirilən tədbirlərin əhəmiyyətini qeyd edən qonaq bildirib ki, bu cür təmaslar müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasının mümkünlüyünə dair bütün dünyaya bir ismarıcdır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org